Ərdoğandan Suriya ilə bağlı açıq mövqe: Hədəf təbii ki, Dəməşqdir, təmənnamız budur ki...
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"İdlib, Həma, Hums və hədəf təbii ki, Dəməşqdir. Müxalifətin bu istiqamətdə hücumu davam edir. Təmənamız budur ki, qəzasız-bəlasız bu hücum indiki kimi davam eləsin".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarına cavabda deyib.
Onun sözlərinə görə, müxaliflərin hazırkı hədəffi paytaxtdır: "Biz bunu həm kəşfiyyat, həm də bütün media vasitəsilə izləyirik. Xatırlayırsınızsa, biz orada baş verənlərlə bağlı Əsədə çağırış etmişdik. Dedik ki, görüşək, Suriyanın gələcəyini birlikdə təyin edək. Təəssüf ki, Əsəddən müsbət cavab ala bilmədik. Hazırda müxaliflər Dəməşqə doğru irəliləyiş var. Bölgədə davam edən bu narahat doğuran savaş bizim istədiyimiz deyil, könülümüz bunu istəmir".
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















