Icma.az
close
up
RU
Ərdoğandan tapşırıq: Saxta diplomlar işi üzrə ciddi yoxlamalar başladı

Ərdoğandan tapşırıq: Saxta diplomlar işi üzrə ciddi yoxlamalar başladı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan saxta e-imza ilə diplom və sürücülük vəsiqəsi düzəldildiyi iddialarının araşdırılması üçün tapşırıq verib. Dövlət Nəzarət Şurası (DDK) sözügedən iddialarla bağlı genişmiqyaslı araşdırma başlayacaq.


Sherg.az xəbər verir ki, DDK prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə vətəndaşlara göstərilən xidmətlərdə inamın qorunması, hər cür sui-istifadə və qanunsuzluğa qarşı effektiv mübarizə məqsədilə mövzu ilə bağlı yoxlama aparır.

DDK həmin elektron imza prosesinin və əlaqədar dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunmasına dair görülən tədbirlər və həyata keçirilmiş əməliyyatlar barədə geniş yoxlama və araşdırma vəzifəsini yerinə yetirəcək.


DÖVLƏT NƏZARƏT ŞURASININ VƏZİFƏSİ NƏDİR?

Dövlət Nəzarət Şurası (DDK) Prezident Administrasiyasına tabe olaraq fəaliyyət göstərən, idarəetmə işlərinin qanunauyğun, nizamlı və səmərəli aparılmasını təmin etmək və inkişaf etdirmək məqsədilə yaradılmış nəzarət orqanıdır.

Şura ona daxil olan məsələlərdən zəruri hesab edilənləri müvafiq orqanlara çatdırır.

Bu halda müvafiq qurumlar görülmüş işlər barədə şuraya məlumat verir və lazımi sənədləri təqdim edir.


NƏ BAŞ VERMİŞDİ?

Saxta e-imzalarla sürücülük vəsiqəsi və diplomlar düzəldildiyinə dair xəbərlər bir neçə ay əvvəl Türkiyənin gündəminə gəlmişdi.

Ankara Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaqda 220 nəfər barəsində əməliyyat aparılmış, 199 şübhəli barədə isə cinayət işi açılmışdı.

Bəzi akademiklərin saxta diplom aldığı iddia olunmuş, lakin Türkiyədə fəaliyyət göstərən heç bir akademik və ya Milli Təhsil Nazirliyinin müəlliminin həmin şəxslər arasında olmadığı bildirilmışdı.


İKİ AYRI İTTİHAM AKTI HAZIRLANIB

İddialarla əlaqədar iki ayrı ittiham aktı hazırlanmışdı.

Birinci ittiham aktında 134 təqsirlinin adına; ÖSYM Qanununa zidd hərəkətlər, rəsmi sənəddə saxtakarlıq, informasiya sisteminə daxil olma və məlumatları qanunsuz əldə etmə ittihamları ilə 6 ildən 45 ilədək həbs cəzası tələb olunmuşdu.

İkinci ittiham aktında isə 65 təqsirli haqqında eyni əməllərə görə 5 ildən 50 ilə qədər dəyişən müddətlərdə həbs cəzası istənilmişdi.

Hazırlanan ittiham aktları Ankara 23-cü Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilmişdi.


İTTİHAM AKTLARINDA NƏLƏR YER ALIB?

Hazırlanan ittiham aktında Bilik Texnologiyaları və Əlaqə İdarəsinin (BTK) sədri, sədr müavinləri, YÖK Təhsil-Öyrətim İdarəsinin rəhbəri ilə birlikdə 14 universitetin tələbə işləri şöbəsinin müdiri və işçilərinin elektron imzalarının surətinin çıxarıldığı göstərilmişdi.

Bu üsulla hüquqşünasdan psixoloqa, müəllimdən əczaçıya qədər müxtəlif şəxslərə qanunsuz yollarla dosentlik və ya professorluq adları verildiyi əks olunmuşdu.

Həmçinin istintaqda Osmanlı Padşahı II Abdülhamidin dördüncü nəsil nəvəsi Abdülhamit Kayıhan Osmanoğlu da adının keçirildiyi ortaya çıxmışdı.

Osmanoğlu adına İnönü Universiteti Tarix Bölməsində qanunsuz məzuniyyət qeydlərinin yaradıldığı müəyyən edilmişdi.

İttiham aktında YÖK rəhbərliyinin göndərdiyi məktubda həmin şəxsin heç bir məzuniyyəti və ya tələbə qeydiyyatının olmadığı bildirildiyi qeyd edilmişdi.


İddialardan sonra sosial media hesabından paylaşım edən Osmanoğlu belə demişdi:

“Şəxsi məlumatlarımı istifadə edərək adımı daşıyan saxta sənədlər hazırlayan və bu təşkilatın içində yer alan hər kəsə qarşı cinayət şikayəti verilib.”


SİSTEMİ NECƏ QURMUŞLAR?

İttiham aktında təqsirləndirilənlərin bəzi elektron sertifikat xidmət təminatçıları şirkətlərin Adana, Mersin, Hatay, Ankara və İstanbul ofisləri vasitəsilə saxta sürücülük vəsiqələri və T.C. şəxsiyyət vəsiqələri istifadə edərək dövlət qurum və təşkilatlarında çalışan rəhbərlər adına elektron imza müraciətləri və istehsalı etdikləri, bu e-imzalarla dövlət qurumlarının sistemlərinə səlahiyyətsiz giriş təmin edərək bir sıra qanunsuz işlər həyata keçirdikləri, səlahiyyətsiz girişlərlə saxta məzuniyyət sənədləri yaradıb YÖKSİS sisteminə əlavə etdikləri, müxtəlif elektron imtahan nəticələrini isə uğursuz olduğu halda dəyişdirərək müvəffəq vəziyyətinə gətirdikləri göstərilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri