Icma.az
close
up
RU
Ərdoğandan tarixi həmlə: Türkiyə 11 milyon insanı xilas etdi, 13 il sonra...

Ərdoğandan tarixi həmlə: Türkiyə 11 milyon insanı xilas etdi, 13 il sonra...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada hökumətin devrilməsindən sonra Türkiyə rəsmilərinin bu ölkəyə səfəri zamanı böyük coşğu ilə qarşılanmaları diqqət çəkib. Xüsusilə “Təhrir əş-Şam” qruplaşmasının lideri və üzvlərinin Ankara nümayəndələrinə yanaşması, Suriyanın müxtəlif şəhərlərindən Türkiyə bayrağı ilə yayılan görüntüləri müzakirələrə səbəb olub.

Son dönəmlərdə 12-13 il əvvəl Türkiyəyə köçən çox sayda suriyalılarla bağlı ictimaiyyətdə ciddi fikir ayrılığı vardı. Lakin eks-prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra sevinclə ölkələrinə qayıtdığını elan edən suriyalıların görüntüləri bu məsələyə baxışı dəyişdi. Müsahibə verən qaçqınlar Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğana təşəkkür edir, minnətdarlıqlarını bildirirlər. Bəzi ekspertlərin fikrincə, hətta Türkiyə prezidenti Suriyada bir növ milli lider kimi qəbul olunur.

Suriyalıların Rəcəb Tayyib Ərdoğana bu sevgisi nədən qaynaqlanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, siyasət strateji düşüncə tələb edir:

“İndi dönüb bir neçə il əvvələ baxanda həqiqətən də Ərdoğanın uzaqgörənliyini müşahidə etmək olur. 2011-ci ildə Suriyanın daxilində başlayan silahlı qarşıdurma ölkənin gələcəyi haqqında bədbin proqnozların ortaya çıxmasına səbəb olmuşdu. Dünya ölkələri daxili silahlı qarşıdurma nəticəsində qaçqına çevrilən suriyalılara olduqca ögey münasibət göstərdi. Yalnız Türkiyə humanitar böhrandan əziyyət çəkənlərə yardım əlini uzatdı. Hətta onlara dəstək üçün beynəlxalq konfransın keçirilmasinə nail oldu.

Dövlət başçıları və hökumətlər suriyalı qaçqınlara yardım etmək vədi versələr də, əməli addımlar atmadılar. Nəticədə bütün yük Ərdoğan iqtidarının üzərinə düşdü. Türkiyə indiyədək öz ərazisində 3,3 milyondan çox suriyalı qaçqın yerləşdirib və onlara mümkün yardımları edib. Həmçinin Avropa ölkələri yardım etmədiyinə görə, ölkə ərazisindən 1.5 milyon suriyalı qaçqının keçməsinə şərait yaradıb. Bundan başqa Türkiyə ilə sərhəddə yerləşən Suriya torpaqlarında 6 milyona yaxın əhalinin yerləşdirilməsi və təhlükəsizliyi, sosial problemlərinin həlli ilə məşğul olub”.


Mütəllim Rəhimli

Ekspertin sözlərinə görə, Ankara faktiki olaraq 17 milyon əhalisi olan Suriyanın 11 milyonunu son 13 il ərzində birbaşa himayə edib:

“Eyni zamanda digər əhalinin sosial və siyasi hüquqlarının qorunması istiqamətində də səylər göstərilib. Təbii ki, həmin şəxslər bütün bunları unuda bilməzlər. Dar günlərində sadəcə Türkiyə və Ərdoğan onların yanında olub. Bu səbəbdən hazırda Dəməşqdə Ərdoğanı milli lider, qəhrəman kimi təqdim edirlər.

Türkiyənin Suriyanı hərtərəfli himayə etməsi təbii ki, mübarizə aparan qüvvələrə də əhəmiyyətli təsir göstərib. Nəticədə bu gün bütün silahlı qruplaşmalar, PKK, “Hizbullah” və çox kiçik bir-iki qrup istisna olmaqla, digər böyük güclər Türkiyə ilə hesablaşırlar. Ümid edirik ki, tezliklə PKK-nın Suriyadakı bütün qolları kəsiləcək və məhv ediləcək. Hadisələrin gedişi Ankara üçün umidvericidir. Çünki hazırda Suriyada baş verən bütün proseslərə hakimdir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri