Ərdoğandan türk dövlətlərinə çağırış: Azərbaycanla biz qəbul etdik, siz də edin
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası ortaq türk əlifbasına keçməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən 11-ci sammitində deyib.
Türkiyə prezidenti 34 hərfdən ibarət ortaq türk əlifbasının bu ilin sentyabrında qəbul edildiyini xatırladıb və bunu “tarixi addım” adlandırıb.
Ərdoğan ortaq türk əlifbasının qəbulunu türk dövlətlərinin gələcəyinə birgə addımın əlaməti kimi qiymətləndirib.
“Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək öz kökünə qayıtmalıdırlar. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan ortaq türk əlifbasına keçməyə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın yeni əlifbaya keçidlə bağlı təşəbbüs göstərməsi vacibdir”, - Ərdoğan deyib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















