Ərdoğandan Ukrayna ilə bağlı açıqlama: Bu plan üzrə razılaşma mümkündürmü?
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Türkiyə olaraq, biz Rusiya - Ukrayna müharibəsində konstruktiv mövqedəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Ərdoğan Cənubi Afrikadan dönərkən təyyarədə jurnalistlərin sualına cavabda bildirib.
Türkiyə liderinin sözrinə görə, Ukraynada uzun müddətdir sülh üçün təməl atmaqla məşğuldurlar: "Ukrayna ilə bağlı fikirlərimizi ABŞ Prezidenti Donald Trampla müxtəlif vaxtlarda müzakirə etmişik. Ədalətli sülh məğlubiyyətsizdir. Ədalətli sülhün yolu danışıqlar və bir araya gəlməkdən keçir. Hazırda irəli sürülən sülh planının təməl prinsiplərə uyğunlu ilə bağlı müzakirələr aparılır. Bu plan üzrə razılaşma mümkündürmü? Bəli, mümkündür. Bəs necə? Bu məsələyə toxunulmalıdır. Əgər plan tərəflərin haqlı, qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını, o cümlədən gələcəkdə yeni qeyri-sabitlik ocağı yaratmayacaq şəkildə qarşılayırsa, razılaşma mümkün olacaq".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















