Ərdoğandan yeni qərar: Türk dövlətlərinin ortaq bayramı olacaq
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra Novruzun ölkədə rəsmi bayram elan edilməsi prosesi başlayır.
Turkustan.az xəbər verir ki, işə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu rəhbərlik edəcək.
Türkiyə mətbuatı yazır ki, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda rəsmi bayram sayılan Novruzun Türkiyədə də işlər tamamlandıqdan sonra bütün türk dünyası üçün ortaq bayrama çevrilməsi hədəflənir. Qeyd olunur ki, AKP sədrinin türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşat Zorlunun rəhbərliyi ilə məsələ ilə əlaqədar türk dövlətləri ilə danışıqlara başlanılacaq.
Prezident Ərdoğan Novruzun türk dünyasının birgə bayramı kimi qeyd edilməsi təklifini Türk Dövlətləri Təşkilatının may ayında Macarıstanda keçiriləcək toplantısında gündəmə gətirəcəyini bildirib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan martın 21-də çıxışı zamanı 21 martın rəsmi Novruz bayramı elan ediləcəyini açıqlamışdı./teleqraf
Baxış sayı:143
Bu xəbər 02 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















