Icma.az
close
up
RU
Ərdoğandan zəhərlənmə olayına reaksiya: elə şeylər açıqladı ki...

Ərdoğandan zəhərlənmə olayına reaksiya: elə şeylər açıqladı ki...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Hökumətimizin ən həssas davrandığı məsələlərin başında təmiz və sağlam qidaya çıxış və qida təhlükəsizliyi gəlir. İnsanımızın pulunu ödədiyi məhsulda saxtakarlıq, aldadıcı hərəkət olmaması üçün nə lazımdırsa etməyə çalışırıq. Nəzarətlər nəticəsində müəyyən edilən saxta, təhrif olunmuş və sağlam olmayan məhsullar artıq Kənd Təsərrüfatı Nazirliyimiz tərəfindən dərc edilir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan deyib.

“İstanbulda ikisi uşaq olmaqla bir ailənin 3 üzvünün həyatını itirməsinin ardından mediada gedən müzakirələrə baxdıqda, bu məsələdə həssaslığımızın nə qədər doğru və yerində olduğunu bir daha gördük.

Üç vətəndaşımızın həyatını itirdiyi hadisə ilə bağlı istintaq davam edir. Təhlükəsizlik orqanlarımız və prokurorlarımız lazımi araşdırmanı apararaq ölümlərinin səbəbini ortaya çıxaracaqlar.

Amma burada ikiüzlü bir davranışa da şahid oluruq. Keçən il bəzi məşhur markalar da daxil olmaqla məhsullarda təhrif, saxtakarlıq  aşkarladığı üçün dövlət qurumlarımızı amansızcasına tənqid edən müxalifət, bu gün eyni qurumları yenidən hədəfə qoyur. Halbuki biz tarladan süfrəyə qədər uzanan bu böyük əməyin hər addımında nəzarətçilərimiz vasitəsilə tələb olunan bütün yoxlamaların diqqətlə aparılmasını təmin edirik.

Vətəndaşlarımızdan gələn məlumat və şikayətləri diqqətlə qiymətləndiririk. Hər hansı problem, çatışmazlıq və ya qaydalara zidd bir vəziyyət müəyyən ediləndə heç kimə güzəşt etmirik. Bu həssaslığımızı göstərən bəzi rəqəmləri sizinlə bölüşmək istəyirəm.

2025-ci ildə ölkə üzrə aparılan işlər çərçivəsində cəmi 1.103.000 qida yoxlaması həyata keçirilib. Qeydiyyat və təsdiqdən tutmuş gigiyenaya,  saxlanma şərtlərinə qədər bütün detallara ayrı-ayrılıqda baxılıb. Qaydalara əməl etmədiyi müəyyən edilən 25.750 müəssisəyə ümumilikdə 2 milyard 206 milyon lirə inzibati cərimə tətbiq olunub. Bununla da kifayətlənmədik, 495 işi cinayət tərkibli olduğu üçün Respublika Prokurorluqlarına göndərdik. Şəffaflığımızı artırmaq üçün yeni tətbiqləri də yaxın zamanda işə saldıq”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyadan İstanbula tətilə gələn 4 nəfərlik ailənin iki övladı – 3 yaşlı Masal və 6 yaşlı Kadir Muhammet noyabrın 13-də yedikləri kumpir və midyedən zəhərlənərək həyatlarını itiriblər.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri