Icma.az
close
up
RU
Ərdoğanın baş müşaviri Bakının işğaldan azad olunmasından yazdı

Ərdoğanın baş müşaviri Bakının işğaldan azad olunmasından yazdı

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XX yüzilliyin ilk dönəmlərində dünya tarixində önəmli hadisələr baş verirdi. Birinci dünya müharibəsinin başlanması, çar Rusiyasının dağılması, Sovet Sosialist Respubli­ka­ları İttifaqının yaranması və sair.

Gununsesi.info Sultan Türkiyəsinin yerində müasir Türkiyə Cumhuriyyəti dövlətinin yaranması uğrunda Qazi Mustafa Kamal Atatürkün başkomandanlığında bütün dünyaya qarşı verdiyimiz azadlıq və istiqlal mücadiləsi sonda dünya dövlətləri arasında öz mühüm yerimizi tutmaqla nəticələndi.

1918-ci ildə və ondan da əvvəl Rusiya imperiyası və İngiltərə kimi ölkələr qədim Türk dövləti olan can-­Azər­baycanı parçalayıb öz aralarında bölüşdürmək üçün Cənubi Qafqazda fəal hərəkata başladılar. Burada onlar ən çox silahlı erməni birləşmələrinin gücündən istifadə edirdilər. Həmin dönəmdə Cənubi Qafqazda və güney Anadolu bölgəsində erməni çətələrinin əli ilə dünya­nın gözü qarşısında müsəlman türklərə insanlığa qarşı ağılagəlməz cinayətlər işlədirdilər.

Baxmayaraq ki, Osmanlı dövləti bir neçə cəbhədə düşmənlə savaşırdı, hərbi gücü tükənmişdi, amma bütün imkansızlıqlara rəğmən can­­-Azərbaycanın yardım istəyinə biganə qalmamışdı. 1918-ci il fevralın 16-da Ənvər Paşa təkcə Azərbaycana deyil, Qafqaz, Dağıstan, Türküstan (Mərkəzi Asiya) və Rusiyaya tabe olan digər müsəlman ölkələrinə yardım və kömək göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Ənvər Paşa özünün Qafqaz İslam Ordusu adını verdiyi yeni ordunu kiçik qardaşı podpolkovnik Nuru Paşanın komandanlığında Bakıya göndərmişdi.

Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu Azərbaycan döyüşçüləri ilə birləşərək, işğalçı rus, bolşevik, erməni-daşnaq qüvvələrini məhv edib, 15 sentyabr 1915-ci ildə Bakını və ətraf bölgəni işğaldan azad etmişdir.

Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusu Bakıda xalq tərəfindən böyük sevinclə, gül-çiçəklə qarşılanmışdı. Nuru Paşa və qəhrəman silahdaşları o gün Bakıya, 1930-cu illərin repressiya dövründə Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi, insan qəssabı İosif Stalinin əmrilə güllələnmiş, Azərbaycan himninin və 1914-cü ildə yazdığı “Çırpınırdın Qara dəniz!” şərqisinin sözlərinin müəllifi Əhməd Cavadın, Şərqin ən böyük bəstəkarı, Azərbaycan himninin və “Çırpınırdın Qara dəniz”  musiqisinin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqiləri altında rəsmi keçidlə girmişdilər.

Avqust ayının əvvəllərindən sentyabrın 15-ə qədər Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti həlak olmuşdur. Onların arasında Anadolunun müxtəlif bölgələrindən,  Kərkükdən, hətta Şərqi Avropadan da gələn  könüllülər vardı. Şəhidlərimiz 107 ildir ki, Azərbaycan torpaqlarında huzur içində uyuyurlar.  Bu şanlı zəfər təkcə Azərbaycanın paytaxtı Bakının qurtuluş günü deyil, eyni zamanda Türk Dünyasının qardaşlıq və həmrəyliyinin örnəyi kimi ortaq tariximizə qızıl hərflərlə yazılmışdır.

Şəhidlərimizin qanı ilə sulanan o torpaqlar təəssüf ki, 23 ay sürən müstəqillikdən sonra – 28 aprel 1920-ci ildə qırmızı ordu işğalına məruz qaldı. Lakin o günlərdə töklülən şəhid qanları, uğrunda aparılan azadlıq mübarizəsi bu gün müstəqil Azərbaycanın güclü bir dövlət kimi dünya xalqları arasında xüsusi yer tutmasına səbəb olmuşdur.

Bu tarixi birliyimizin və bərabərliyimizin qazandığı zəfəri sonsuzadək unutmayacaq, yaşadacaq, ən çətin zamanlarda belə atalarımızın müqəddəs qanlarıyla yazdığı şanlı dastanımızdan alacağımız güc və ilhamla hər sahədə hədəflərimizi Bir millət – iki dövlət ideyaları ilə gerçəkləşdirəcəyik.

Qafqaz İslam Ordusunun qurucusu şəhid İsmayıl Ənvər Paşanı, ordunun komandanı  şəhid Nuru Paşanı, can-Azərbaycanın azadlığı üçün şəhadət şərbəti içən qəhrəmanları­mızı, bütün şəhidlərimizlə birlikdə saygı, rəhmət və şükanla anır, cənabı-Allahdan peyğəmbər əfəndimizin livaü-həmd sancağının altında onlarla görüşməyi bizlərə nəsib etməsini diləyirəm.

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin (15 sentyabr 1918) və Bakının qurtuluşunun 107-ci ildönümü kutlu, zəfərimiz əbədi olsun.

Yalçın TOPÇU

Türkiyə Cumhurbaşqanlığının baş müşaviri

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Sentyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri