Icma.az
close
up
RU
Ərdoğanın hicablı tərcüməçisi Qalmaqallı deputatın qızı KİMDİR...

Ərdoğanın hicablı tərcüməçisi Qalmaqallı deputatın qızı KİMDİR...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dünya liderlərinin xarici rəsmilərlə görüşləri zamanı diqqət çəkən simalardan biri də tərcüməçilər olur. Onlar həm siyasi nüansları, həm də emosiyaları tərcümə edirlər. Tərcüməçilər beynəlxalq siyasətin arxa səhnəsində mühüm rol oynayan diplomatlar hesab olunurlar. Onlar bəzən tarixin gedişatına təsir edən açar fiqurlara çevrilirlər. Tərcüməçilərin varlığı olmadan liderlər arasında səmərəli və məhsuldar dialoq mümkünsüz olardı. Onların adi bir səhv söz seçimi diplomatik böhrana səbəb ola bilər, bu baxımdan tərcüməçilər yüksək peşəkarlıq və tam etibarlılıq tələb edən iş görürlər.
Rəsmi səviyyədə prezidentlərin yanında çalışan tərcüməçilər ya sinxron (eyni anda tərcümə edən), ya da ardıcıl (danışıqdan sonra tərcümə edən) tərcüməçi olurlar. Hər iki iş yüksək dil bilikləri, diplomatik terminologiya, beynəlxalq hüquq və protokol qaydaları, eləcə də psixoloji dözümlülük tələb edir.

Prezidentlərin tərcüməçiləri sadəcə dillər arasında “söz daşıyan” deyillər. Onların rolu çoxşaxəlidir. Belə ki, tərcüməçi qarşı tərəfin dediklərini olduğu kimi - dəqiqliklə çatdırmalı, şəxsi düşüncə və hisslərini qatmadan neytral qalmalıdır.
Tərcüməçi üçün sözlərin arxasındakı mədəni, tarixi və siyasi konteksti anlamaq vacibdir. Məsələn, bir zarafat və ya metafora tərcümədə yanlış başa düşülə və münasibətləri poza bilər.

Tərcüməçilər ən məxfi danışıqlarda iştirak edir və bu məlumatları heç bir halda açıqlaya  bilməzlər. Bu səbəblə, onların əksəriyyəti xüsusi təhlükəsizlik yoxlamasından keçirilir.

Siyasi ekspertlər deyirlər ki, prezidentlərin tərcüməçiləri daim yüksək stress altında işləyirlər. Belə ki, onlar canlı yayımda səhv etməmək təzyiqi altınd olur; bir neçə saat ardıcıl konsentrasiya saxlamaq zərurətilə üzləşir; danışıq zamanı liderlərin emosional tonlarını düzgün əks etdirmək qabiliyyəti nümayiş etdirirlər.


Bu səbəbdən, dövlət səviyyəsində çalışan tərcüməçilər xüsusi təlimlər alır, daimi olaraq təcrübə keçir və sağlamlıq (xüsusilə də psixoloji) baxımından nəzarətdə saxlanılırlar.

Tərcüməçilərin işinin ən vacib tərəflərindən biri tam məxfilik prinsipi ilə işləmələridir. Onların iş etikası aşağıdakı prinsiplərə əsaslanır:
- Danışıqların məzmununu heç bir halda paylaşmamaq
- Heç bir siyasi və ya şəxsi mövqe sərgiləməmək
- Peşəkar məsafəni qorumaq

Bir çox tərcüməçi öz xatirələrini yalnız illər sonra, artıq danışıqların siyasi aktuallığı qalmadıqda yazırlar.
Əslində prezidentlərin bir çoxu xarici dilləri bilsələr də, rəsmi görüşlərdə mütləq tərcüməçi istifadə olunur. Bu həm protokol baxımından, həm də yanlış anlaşılmaların qarşısını almaq üçün vacibdir. Axı ən kiçik bir səhv diplomatik münaqişəyə səbəb ola bilər.
Son illər dünya siyasətinin önəmli fiqurlarından birinə çevrilən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı tərcüməçi kimi müşayiət edən hicablı xanım diqqətlərdən yayınmır. Söhbət NATO, G20, Birləşmiş Millətlər Təşkilatı kimi mühüm zirvə toplantılarında Ərdoğananın yanında olan Fatimə Gülham Abushanabdan gedir. Yeri gəlmişkən, o, sentyabrın 25-də Vaşinqtonda keçirilən Tramp-Ərdoğan görüşünü müşayiət etməklə də Türkiyə mediasının manşet şəkillərində yer alıb.
Fatimə Gülham Abushanab kimdir?
Modern.az saytı Fatimə Gülham Abushanabın dosyesini öyrənmək üçün Türkiyə mətbuatını araşdırıb.

Fatimə Abushanab həm türk, həm də Yaxın Şərq əsilli akademik və çoxmədəniyyətli ailədə doğulub.
Onun anası Türkiyədə tanınmış siyasətçi, keçmiş diplomat və eks-deputat Merve Kavakçıdır. Merve Kavakçı 1999-cu ildə Fəzilət Partiyasından Türkiyə Böyük Millət Məclisinə İstanbulun millət vəkili seçilib, lakin Türkiyə Böyük Millət Məclisinə hicablı girdiyi üçün ciddi mübahisələrlə üzləşib və parlamentdən xaric olunub.
Merve Kavakçı sonralar ABŞ-a köçərək, orada məskunlaşıb və akademik karyerasını davam etdirib.

Fatimə Gülhamın atası Fələstin əsilli akademik və yazıçı Əli Əhməd Abushanabdır.

Valideynlərinin akademik təcrübəsi onun karyerasında mühüm rol oynayıb. Eyni zamanda anasının türk, atasının isə Fələstin əsilli olması Fatiməyə çoxdilli və çoxmədəniyyətli bir perspektiv verib. Bu zəngin fon Fatimə Gülhamın beynəlxalq diplomatiyada uğur qazanmasında əsas amil hesab olunur.

Fatimə Gülham ABŞ-ın paytaxtı Vaşinqtonda anadan olub. O, həm Amerika vətəndaşlığına, həm də Türkiyə vətəndaşlığına malikdir. Təhsilinin çox hissəsini ABŞ-ın nüfuzlu universitetlərində alan Fatimə Gülham həm Türkiyədə, həm də beynəlxalq səviyyədə işləməyə imkan verən multikultural təcrübəyə malikdir.
Rəsmi mənbələrdə onun doğum tarixi dəqiq göstərilməsə də, Fatimə Abushanabın 1990-cı illərin əvvəllərində anadan olduğu təxmin edilir. Bu məlumata əsaslansaq, onun yaşı 30-35 arasındadır.
Fatimə Gülham Abushanabın şəxsi həyatı ilə bağlı heç bir açıq məlumat yoxdur. Ailə vəziyyəti ilə bağlı təsdiqlənmiş məlumat olmadığı üçün onun subay olduğu güman edilir. Sosial şəbəkələrdə və ya mətbuatda bununla bağlı heç bir yazı və ya açıqlama yoxdur.

Fatimə Gülham ABŞ-da Corc Meyson Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr təhsili alıb. Daha sonra o, nüfuzlu Corctaun Universitetində magistr təhsilini tamamlayıb. Onun magistr dərəcəsi müsəlman-xristian münasibətləri üzrə olub. Bu sahə xüsusilə dinlərarası dialoq, diplomatik dil və mədəni qarşılıqlı əlaqədə dərin biliklər verir.

Türkiyə mediasının məlumatına görə, Fatimə Gülham Abushanab 2018-ci ildə Türkiyəyə gəlib. O, 5 ildən çoxdur ki, Prezident Administrasiyasında beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır. Fatimə Gülham 2020-ci ildən etibarən önəmli diplomatik görüşlər zamanı Prezident Ərdoğanı müşayiət edən rəsmi tərcüməçi kimi də fəaliyyət göstərir.

Türkiyə Prezientinin hicablı tərcüməçisi üç dili yüksək səviyyədə bilir: türk, ingilis, ərəb.
Fatimə Gülham karyerası boyunca Becket Dini Azadlıq Fondu, Vudro Vilson Mərkəzi və ABŞ Konqresi kimi tanınmış qurumlarda elmi tədqiqatçı kimi də çalışıb. O, həm akademik, həm də praktiki səviyyədə diplomatiya və ünsiyyət sahəsində təcrübəyə malikdir.
Fatimə Gülham Abushanabın tərcüməçilik bu rolu müxalif siyasi dairələr tərəfindən sorğu-sual edilib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) bəzi hallarda onun tərcüməçi kimi peşəkarlığına dair şübhələr irəli sürüb. İddialara görə, bu şübhələrin bir hissəsi onun geyiminə - hicab taxmasına görədir. 2022-ci ildə CHP lideri Kamal Kılıçdaroğlunun Fatimə Abushanabı hədəf alan açıqlamaları böyük mübahisələrə səbəb olmuş və tərcüməçi xanım Kılıçdaroğluna cinayət işi açılması üçün iddia qaldırmışdı...
 

Əfqan Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri