Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə iyun ayı üzrə inflyasiyanın 0,99 faiz açıqlanmasından sonra dövlət qulluqçularının və dövlət qulluqçusu təqaüdçülərinin maaşları 13,52 faiz artırılıb.
Turkustan.az xəbər verir ki, maaş artımı prezident Rəcəb Tayyib Ərdoğana, millət vəkillərinə, təqaüddə olan millət vəkillərinə, nazirlərə və sabiq nazirlərə də şamil edilib.
Ərdoğanın maaşı 354 497 lirəyə (12 876 manat) yüksəlib. Təqaüddə olan millət vəkili kimi aldığı 201 658 lirə (7324 manat) ilə birlikdə onun aylıq ümumi gəliri 556 min 155 lirə (20 200 manat) təşkil edəcək.
Türkiyə Böyük Millət Məclisində həm deputat, həm də təqaüddə olan deputat maaşı alan təxminən 450 millət vəkilinin aylıq ümumi gəliri isə 512 min lirəyə (18 597 manat) çatıb. Son artımdan sonra deputat maaşı 310 332 lirə (11 272 manat), təqaüddə olan deputat maaşı isə 201 677 lirə (7325 manat) olub./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 İyul 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















