Icma.az
close
up
RU
Ərdoğanın onu qarşılama şəkli diqqət çəkdi Türkiyə tarixində ilk yaşandı

Ərdoğanın onu qarşılama şəkli diqqət çəkdi Türkiyə tarixində ilk yaşandı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfərə gələn Oman Sultanı Heysəm bin Tariqi hava limanında qarşılayıb. Türkiyənin Omandakı səfiri Məhəmməd Həkimoğlu sultanın Türkiyəyə gəlişini “tarixi səfər” adlandırıb.

“Tarixdə ilk dəfə Omandan Türkiyəyə bir dövlət başçısının səfərinin baş tutması, tarixi bir məna kəsb edir”, – diplomat sosial mediada belə yazıb.

Oman Sultanı Heysəm bin Tariqi Ankara üçün hansı əhəmiyyətə malikdir? Ərdoğanın onu şəxsən qarşılması nədən xəbər verir?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnanc deyib ki, bu səfər Türkiyə üçün indiki məqamda çox mühümdür:

“Hazırda Türkiyənin xaricdən maliyyə axınına, investisiyaya ehtiyacı var. Bu baxımdan Körfəz ölkələrindən gələn dövlət başçıları xüsusi ehtiramla qarşılanır. Ankaranın bu ölkələrdən gələn pula, investisiyaya ehtiyacı var.

Təbii ki, Oman sultanın səfərini əhəmiyyətli edən tək məsələ maliyyə deyil. Oman mühüm ölkədir. Xüsusilə İran faktoruna görə Ankara üçün strateji əhəmiyyətə malikdir. Tehran hazırda Türkiyəyə qarşı düşmən tutum sərgiləyir. Büruzə verilməsə də, regionda gedən proseslər bunu deməyə əsas verir. Belə bir zamanda Omanla yaxınlaşma həm də İrana mesajdır”.

Hüsaməddin İnanc

Ekspert deyib ki, ABŞ Prezidenti Co Baydenin son açıqlamaları fonunda Türkiyə Qəzzada atəşkəsin əldə edilməsində vasitəçi ölkə olacaq:

“Ankaranın vasitəçi ölkə kimi uğur qazanması problemi həll etməsi üçün dəstəkçilərə ehtiyacı var. Oman kimi neytral bir ölkənin dəstəyi Türkiyənin Fələstin münaqişəsinin tənzimlənməsindəki rolunu artıra bilər.

Əslində, Oman-Türkiyə münasibətlərindəki bu istiliyin bir səbəbi də Qətərlə münasibətlərdir. Göründüyü kimi, Türkiyə həm islam coğrafiyasında, həm də Fars körfəzində təsirini hiss etdirir və bunu əməkdaşlıq yolu ilə edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri