Icma.az
close
up
RU
Ərdoğanın təklif etdiyi platforma hazırda ən optimal və ən uyğun platformadır Deputat

Ərdoğanın təklif etdiyi platforma hazırda ən optimal və ən uyğun platformadır Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ arasında mümkün zirvə görüşünün keçiriləcəyi məkan kimi öz ölkəsini təklif edib.

Görüş üçün Türkiyə uyğun variantdır?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Türkiyə sülh cəhdləri edir:

"Qara dəniz vasitəsilə qonşusu olan və yaxşı münasibətləri olan hər iki ölkə arasında ortaq məxrəc tapılıb, sülhə gəlməklə bağlı müxtəlif ideyalarla çıxış edir. İqtisadi əlaqələrin tam qopmaması üçün müxtəlif təşəbbüslər göstərir və bəzən də buna nail olur. Müharibənin tarixçəsinə nəzər salsaq, görəcəyik ki, bu iki ölkə arasında sülhün əldə olunmasında ən maraqlı ölkələrdən biri qardaş Türkiyədir. Sülh üçün ən çox cəhd göstərən və müəyyən mərhələlərdə buna ən yaxın olan ölkə də yenə Türkiyədir. Ona görə də mənə elə gəlir ki, Rusiya və ABŞ arasında da əgər Rusiya-Ukrayna sülhü müzakirə olunacaqsa, burada da ən yaxşı platforma siyasi baxımdan elə Türkiyə ola bilər. Mənəvi baxımdan ən çox haqqı olan da elə Türkiyədir. Belə bir görüş Türkiyədə keçirilərsə, mənə elə gəlir ki, çox yaxşı olar".

Millət vəkili vurğuladı ki, Türkiyə sülhpərvər bir ölkədir və geniş mənada regionda, yəni Şimali Afrikadan, Yaxın Şərqdən, Balkanlara qədər, o cümlədən Qafqazlardan tutmuş, Mərkəzi Asiyaya qədər bir çox münaqişələrdə sülhün əldə olunmasında qardaş Türkiyənin çox böyük rolu olub.

"Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi xidmətləri olub. Mənə elə gəlir ki, onun təklif etdiyi platforma hazırda ən optimal və ən uyğun platformadır. ABŞ və Rusiya arasında sülhün əldə olunması üçün Türkiyə bütün mümkün perspektivlərə görə ən uyğun platforma hesab edilə bilər", - deyə Hikmət Babaoğlu əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri