Ərdoğanın “X” hesabı məhdudlaşdırıldı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli aktyoru Yılmaz Ərdoğan sosial mediada gözlənilməz addımla üz-üzə qalıb.
“Yeni Sabah” xəbər verir ki, həm də rejissor və ssenarist olab şəxsin rəsmi "X" hesabını platforma rəhbərliyi müvəqqəti məhdudlaşdırıb.
Bu qərarın ardınca gözlər Yılmaz Ərdoğanın baş rol ifaçısı olduğu "Organize İşler: Karun Hazinesi" "Netflix" serialına yönəlib. Ekran işində əski türk inanc sisteminə və şamanizm mədəniyyətinə aid müqəddəs "kam davulu" simvolunun işlədilməsi sosial mediada kəskin narazılıq və müzakirələr doğurmuşdu. İddialara görə, hesabın bloklanması məhz həmin ictimai etirazlardan sonra istifadəçilərin göndərdiyi kütləvi şikayətlərlə bağlı ola bilər. pizza mizza
Buna baxmayaraq, hesabın dəqiq hansı qayda pozuntusuna görə bağlandığı rəsmiləşməyib. Hadisə ilə bağlı nə platforma rəhbərliyindən, nə də sənətçinin menecer komandasından hələlik rəsmi açıqlama verilməyib.
Baxış sayı:129
Bu xəbər 26 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















