Icma.az
close
up
RU
Ərdoğanın yüksək vəzifə verdiyi Burhanəddin Duran KİMDİR...

Ərdoğanın yüksək vəzifə verdiyi Burhanəddin Duran KİMDİR...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Fahrettin Altunu vəzifəsindən azad edib. Onun yerinə xarici işlər nazirinin müavini Burhanəddin Duran təyin edilib. 

Fahrettin Altun isə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) sədri təyin olunub. Təyinat qərarları Rəsmi Qəzetdə dərc edilib.

Fahrettin Altun 2018-ci ildə qurulduğu gündən etibarən Kommunikasiya İdarəsinə rəhbərlik edirdi. Altun həmin vaxt Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) Baş Koordinatorluğu vəzifəsini tərk edərək bu idarəyə təyin edilib. SETA-nın yeni rəhbəri isə Burhanəddin Duran olub.

Burhanəddin Duran 2014-2024-cü illərdə SETA-nın baş koordinatoru olub və 2016-cı ildə SETA-da köməkçisi olduğu Fahrettin Altun ilə birlikdə “15 İyulda Millətin Zəfəri” kitabının redaktoru olub.

Burhanəddin Duran 1970-ci il yanvarın 1-də Sakaryanın Adapazarı rayonunda anadan olub.

O, 1993-cü ildə Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini, 1993-2001-ci illərdə Bilkənd Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakültəsində magistratura və doktorantura təhsilini bitirib.

Onun doktorluq dissertasiyası Türkiyədə islamçı siyasi fikrin imperiyadan erkən cümhuriyyətə çevrilməsi mövzusunda olub.

Akademik karyerasına Sakarya Universitetində elmi işçi kimi başlayıb, daha sonra dosent və professor, İstanbul Şəhər Universitetində Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamentinin müdiri vəzifələrində çalışıb.

2010-2011-ci illərdə ABŞ-ın Corc Meyson Universitetində qonaq alim olub. Bu müddət ərzində beynəlxalq münasibətlər, siyasi İslam, Yaxın Şərq siyasəti və Türkiyənin xarici siyasəti üzrə çalışıb.

Müxtəlif universitetlərdə çalışmış Duran 2006-cı ildə dosent, 2013-cü ildə isə professor elmi adını alıb.

Duran 2013-cü ildə SETA-nın İstanbul ofisinin baş koordinatoru vəzifəsinə təyin edilib və 2014-cü ildən Ankaradakı qərargahında eyni vəzifəni davam etdirir.

Duran hazırda Ankara Sosial Elmlər Universitetinin Siyasi Elmlər Fakültəsinin müəllimidir.

Türk fikir tarixi, türk xarici siyasəti, islamçılıq, Avropa, demokratiya və vətəndaş cəmiyyəti mövzusunda türk və ingilis dillərində çoxlu kitab və jurnal məqalələri dərc etdirən Duran 2018-ci ilin oktyabr ayında Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.

Duran 20 may 2024-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Ailəlidir və üç övladı var.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri