Ərdoğanla fotoları nı PAYLAŞDI HƏBS OLUNDU
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə polisi özünü yüksək vəzifəli şəxslərlə yanaşı göstərən və süni intellekt vasitəsilə yaradılmış şəkilləri paylaşan Ankara sakinini saxlayıb.
Hurriyyet.media xəbər verir ki, istintaqın məlumatına görə, həmin şəxs bu addımı ilə cəmiyyətdə nüfuzlu əlaqələrə malik olduğu təəssüratını yaratmağa çalışıb.
Araşdırmalar nəticəsində məlum olub ki, sözügedən vətəndaş neyroşəbəkənin köməyilə Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Akın Gürləklə yan-yana əks olunduğu fotolar quraşdıraraq onları sosial şəbəkələrdə yerləşdirib.
Hazırda faktla bağlı "nüfuz alveri" və "yalan məlumatların yayılması" maddələri üzrə cinayət işi araşdırılır.
Saxlanılan şəxs isə ilkin ifadəsində həmin fotoları yalnız zarafat məqsədilə hazırladığını iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Sentyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















