Ərdoğanla Tramp Haaqadakı sammitə qədər görüşə bilər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp iyunda Haaqada keçiriləcək NATO sammitindən əvvəl görüşə bilərlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Türkiye” qəzeti yayıb.
“Ərdoğan və Trampın iştirak edəcəyi ilk beynəlxalq tədbir iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammiti olacaq. Lakin, iki ölkə liderinin bu sammitə qədər ya Türkiyə, ya da ABŞ-də görüş keçirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Vaşinqtonun liderlərin görüşünün yeri və tarixini müəyyənləşdirdiyini bildirmişdi.
Baxış sayı:103
Bu xəbər 19 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















