Icma.az
close
up
RU
“Ərə get, düzələcək” Həkim bilinməyənləri üzə çıxardı KONKRET

“Ərə get, düzələcək” Həkim bilinməyənləri üzə çıxardı KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəmiyyətdə geniş yayılan miflərdən biri də qadınların evlənməsi ilə sağlamlıq problemlərinin həll olunacağına dair inanışdır. Xüsusilə də reproduktiv problemlər, menstrual tsiklin pozulması, hormonal problemlər və digər xəstəliklərin evliliklə düzələcəyi düşünülür. Ancaq mütəxəssislər bildirirlər ki, bu fikrin tibbi baxımdan heç bir əsası yoxdur.

KONKRET.az xəbər verir ki, ginekoloq Gülnar Ağayeva bu barədə Yenisabah.az-a bir sıra əsas məqamları açıqlayıb. Bildirib ki, bu kimi problemlər vaxtında diaqnoz qoyularaq müalicə edilməlidir. Əks halda, qadının sağlamlığına ciddi təsirlər göstərə bilər:

“Cəmiyyət arasında belə bir yanlış inanc var ki, qadın ərə getsə, sağlamlıq problemləri, xüsusilə də reproduktiv məsələlər həll olunacaq. Ancaq bu, yalnız bir mifdir və tibbi baxımdan heç bir əsası yoxdur. Əgər qadında menstrual tsiklin pozulması, yumurtalıq kistaları, şəkərli diabet, zob kimi problemlər varsa, bunların ailə qurmaqla heç bir əlaqəsi yoxdur. Bunlar müəyyən sindromlu xəstəliklərdir və mütləq şəkildə müalicə olunmalıdır. Məsələn, nəzarət olunmayan zob xəstəliyi hamiləlik dövründə ciddi risklər yarada bilər. Bu, düşüklərə səbəb ola bilər, hətta doğulan körpədə əqli zəiflik riskini artıra bilər. Şəkərli diabeti olan qadınların isə hamiləlik müddətində ginekoloq və endokrinoloq nəzarətində olması vacibdir. Yəni “ərə getdin, şəkərin düzəldi” kimi fikirlər tamamilə əsassızdır.”

Həkim qeyd edib ki, yumurtalıq problemləri də evliliklə deyil, yaş faktoru ilə bağlıdır:

“Qadının ana olma şansı 18-40 yaş aralığında olsa da, ən uyğun dövr 18-30 yaş hesab edilir. Yaş artdıqca yumurtalıq ehtiyatı azalır və hamiləlik şansı aşağı düşür. Hormonal pozğunluqlar isə əsasən yumurtalıqdakı hormonlarla, hipofiz vəzi ilə əlaqədardır. Bunların da evliliklə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, evlilik sağlamlıq problemlərini həll etmir və heç bir müalicəvi təsir göstərmir. Əsas olan sağlam həyat tərzi və düzgün tibbi müayinədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri