Icma.az
close
up
RU
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: Mənimlə evlənəcəksən

Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: Mənimlə evlənəcəksən

Icma.az, Publika.az saytına istinadən bildirir.

Naftalanda "WhatsApp" vasitəsilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib.

Publika.az xəbər verir ki, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb.

Naftalan şəhər sakini V.Ə. adlı qadın "WhatsApp" vasitəsilə X.C.-yə yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C. isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. "Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən", - deyə falçı qadına bildirib.

V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18 000 manat pul, bir ədəd qızıl boyunbağı (4 194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22 442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək, yoxa çıxıb.

Zərərçəkmiş qadın hüquq-mühafizə orqanlarına müraciət etməli olub. 27 yaşlı falçı saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, 22 442 manat dəyərində pulu V.Ə.-yə qaytardığını deyib. Onlar arasında barışıq olduğunu bildirib. Məhkəmə onu cinayət işi üzrə məsuliyyətdən azad edib. ("Qaynarinfo")

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://publika.az
archiveBu xəbər 23 Noyabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri