Ərəb dövlətləri və BMT İsrailin Qəzzaya yardım blokadasını pisləyir
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Bir sıra ərəb dövlətləri və BMT İsraili bütün humanitar yardımların Qəzza zolağına daxil olmasını əngəlləməkdə qınayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Misir və Qətər İsrailin bazar günü atdığı addımın atəşkəs razılaşmasını pozduğunu, BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletcher isə bunu “narahatedici” adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi HƏMAS-ın təchizatları oğurlaması və onlardan “terror maşınını maliyyələşdirmək üçün” istifadə etdiyi üçün hərəkət edib.
O, həmçinin Fələstin qrupunu ABŞ-ın Qəzzada atəşkəsin müddəti şənbə günü başa çatdıqdan sonra uzadılması təklifini rədd etməkdə günahlandırıb. İsrail təklifi təsdiqlədiyini bildirib.
Həmas sözçüsü deyib ki, İsrailin blokadası “ucuz şantaj” və atəşkəs razılaşmasına qarşı “çevriliş”dir.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Mart 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















