Ərəb Liqası silahlı qüvvələr yaradır?
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars körfəzinə endirdiyi zərbələr fonunda ümumərəb hərbi kontingentinin yaradılması ideyasını araşdırır.
Yeniavaz.com “Ash-Shorouq” portalına istinadlə xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Hüssam Zəki bildirib.
“Bu təşəbbüs yaxın günlərdə Misirdə yenidən gündəmə gəlib, çünki ilk dəfə 2015-ci ildə ümumərəb qüvvələrinin yaradılmasını təklif edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi olub. Ərəb Liqasında biz bu məsələni araşdırırıq və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırıq”, - o qeyd edib.
Təşkilatın baş katibinin müavini həmçinin qeyd edib ki, İranın Fars körfəzinə davam edən hücumları ərəb dövlətlərini ortaq silahlı qüvvələrin yaradılması ideyasını müzakirə etməyə sövq edib.
“Hər bir ərəb dövlətinin təcavüzə cavab vermək üçün qanuni hüququ var və Ərəb Liqası bu hüququ tam dəstəkləyir”, - Zəki əlavə edib.
Bu mövzuda digər xəbərlər:Ərəb Liqası İrana xəbərdarlıq etdi
27 Dekabr 2024 11:30
Ərəb Liqası Qəzzaya görə toplanır
04 Mart 2025 12:36
Ərəb Liqası təxirə salınmış Rusiya Ərəb sammitinin tarixini açıqladı
15 Oktyabr 2025 18:24
Ərəb Liqası Suriyaya barədə çağırış etdi
08 Dekabr 2024 22:59
Ərəb Dövlətləri Liqası Fələstin məsələsini müzakirəyə çıxarıb
04 Sentyabr 2025 12:30
Baxış sayı:138
Bu xəbər 16 Mart 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















