Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərəb ölkələri Türkiyəyə imkan verməyəcək: Bir yol var!

Ərəb ölkələri Türkiyəyə imkan verməyəcək: Bir yol var!

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya elə bir nöqtəyə gəlib çatıb ki, köhnə formatlar artıq işləmir, yeniləri isə hələ qurulmayıb. Yeni dünya düzəninin sancılı “doğuşunu” izləyirik. BMT, ATƏT, AB, AŞ, hətta NATO və s. kimi beynəlxalq qurumlar “siyasi impotentə” çevriliblər, beynəlxalq hüquq kağız üzərində qalıb, gücün haqlı, çox zaman haqlının gücsüz olduğu dövrdəyik.

Axar.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, yaxın zamanlarda dünyada yeni “oyun qaydaları” müəyyənləşəcək, çox güman, hətta BMT-nin formatı, qərarvermə mexanizmləri dəyişə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı da arta bilər:

“Pararlel olaraq yeni hərbi, siyasi və iqtisadi ittifaqlar da yaranmaq üzrədir. Cəmi bir neçə il əvvəl ağlımıza da gəlməyən situativ ittifaqlar qurulur-qurulacaq. Dünya geosiyasi paradiqmadan, geoiqtisadi və geocoğrafi paradiqmaya keçir, müttəfiqlik anlayışı orqanik təməllər mövcud olanda işlək mexanizmə çevrilir.

Türkiyə Prezidenti Ərdoğan azı 15 ildir ki, “Dünya 5-dən böyükdür” şüarını müdafiə edir, mənası da BMT TŞ-nın 5 daimi üzvünün artıq reallığı əks etdirmədiyini elan etməkdir. Doğrudan da, 1,5 milyard əhalisi, dinamik inkişaf sürəti olan Hindistan, 1,6 milyard müsəlman dünyası, 1,5 milyard nüfuzu olan Afrika, 700 milyona yaxın əhalisi olan Latın Amerikası ölkələri var ki, onlar öz təmsilçiliyinin olmadığından narahatdılar.

Bir anlıq düşünək ki, razılaşma olur, BMT TŞ-nın səlahiyyətini yüksətməklə, sayı da artırılır – yaxşı, illərdir bu məsələni dünya gündəminə gətirən Türkiyə o formatda təmsil oluna biləcəkmi?! Çünki bizim Azərbaycan olaraq marağımız Türkiyənin dünyada nüfuzunun və təsirinin artmasıdır. Bəlkə də buna görə Türkiyə həm də müsəlman dünyasının lideri olmağa çalışır – sadəcə, mənim şəxsi fikrimə görə, bu, olan iş deyil, Türkiyəyə, Türk Dövlətləri Birliyinə əlavə xərc və güc sərfi gətirir.

Gələk rəqəmlərə:

1. 22 ölkəni əhatə edən Ərəb Dövlətləri Liqası var (əslində 23-dür, sadəcə 1 dövlət hamı tərəfindən tam tanınmayıb), ərazisi 13 milyon kv.km, əhalisi 375 milyon nəfərdir;

2. Bu 22 ölkənin də daxil olduğu və 57 dövləti birləşdirən İslam Konfransı Təşkilatı mövcuddur – quruma daxil olan ölkələrin ərazisi 32 milyon kv.km, əhasili isə 1,6 milyard nəfərdən çoxdur (rəsmi rəqəmlərdə 1,9 milyard göstərilir, amma dəqiqləşdirmələrə ehtiyac var).

Sabah müsəlman əhalisi çox olan ölkələrin BMT TŞ-a nümayəndə göndərməsinə qərar verilsə, sizcə, Türkiyə 57 dövlətin çoxunun səsinə ala, azı 29-30 ölkənin dəstəyini qazana biləcəkmi?! Təəssüf ki, yox, ərəb ölkələri Türkiyəni çox qısqanır. Bundan başqa müsəlman dünyası sayılan ölkələrin böyük əksəriyyəti ya Londona, ya Vaşinqtona o qədər bağlıdırlar ki, onlarsız səs verməzlər. Daha bir məsələ məzhəbçilikdir ki, bu da islam dünyasının birliyinə mane olub-olur, təssüf ki, olacaq.

Yaxşı, indiki dünyada ölkələri, və ya ittifaqları hörmətə mindirən, hesablaşmağa məcbur buraxan amil – güc amili müsəlman dünyasında mövcuddurmu?! Məncə yox, yəni, heç vaxt, obrazlı desək, “Ərəb NATO-su”, və ya “Müsəlman NATO-su” qurulmayacaq. Çünki əsrlərə söykənən, xaricdən “genlərə” yeridilən daxili düşmənçiliklər və rəqabət var.

Bu mənada Türk Dövlətləri Təşkilatı daha orqanik görünür, doğrudur, təşkilata daxil olan ölkələrin ərazisi cəmi 4 mmilyon kv.km, əhalisi isə 180 milyon nəfərə yaxındır, amma daha ciddi bağlara malik, təbii müttəfiqlik perspektivi olan qurumdur.

Biz hələ bu gücü, perspektivi tam anlamırıq, amma dünyanın güc mərkəzləri anlayır – məsələn, AB-Orta Asiya sammiti açıq göstərdi ki, TDT üzvlərini ayrı-ayrı orbitə cəlb etmək və öz gündəlikləri çərçivəsinə salmaq daha rahat yoldur, çünki TDT hələ “ətə-qana” gəlməyib, hələ inteqrasi modelləri oturuşmayıb, hələ özümüz öz gücümüzü dərk etməmişik. Güc isə həm də hərbi potensialdadır – TDT bəlkə də dünyada yeganə qurumdur ki, “Türk NATO-su”nu yarada, bütün dünyanın hesablaşmağa məcbur ola biləcəyi güc mərkəzinə çevrilə bilər.

Ona görə də, məncə, qardaş Türkiyə bir qərar verməlidir – ya islam, ya da türk dünyasının lideri arasında seçim etməlidir. Bu o demək deyil ki, dini dəyərlərimizdən vaz keçməli, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq etməməliyik - əsla yox, sadəcə enerjimizi heç vaxt mümkün olmayacaq islam birliyi ideyasına xərcləməkdənsə, Türki Dövlətləri Birliyinin dünya miqyasında hamının hesablaşa bilcəyi güc mərkəzinə çevirmək üçün xərcləməliyik. Bu ağır, uzun, amma ciddi perspektivləri olan yoldur, bunun üçün ümumi hədəfləri anlaya biləcək yeni siyasi elita da formalaşmalıdır – bu məqsədə çatmağın ən optimal yolu isə TDT-nin elitasını yetişdirə biləcək yeni, çox güclü unversitetin yaradılmasıdır. Bundan başqa, TDT-nin gənclərini birləşdirəcək işlək quruma acil ehtiyac var, o qurum ildə 4-5 dəfə böyük tədbirlər keçirməli, təşkilata daxil olan ölkələrin gənc, perspektivli insanları arasında körpü rolunu oynamalıdır. Bu gün təəssüf ki, əsasən də Orta Asiya respublikalarının elitası daha çox “rus düşüncəlidir”, onların “türk düşüncəli” olması işi bu gün başlamalıdır ki, bir neçə ildən sonra “meyvələrini” dərə bilək...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri