Ərəb Parlamenti: İranın Qətərə təcavüzü beynəlxalq hüquqa açıq şəkildə ziddir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 24 iyun, AZƏRTAC
Ərəb Parlamenti İranın Qətər Dövlətinə təcavüzünü sərt şəkildə pisləyir. Bunu Qətər suverenliyinin açıq və qəbulolunmaz şəkildə pozulması, eləcə də beynəlxalq hüquq normalarının tapdanması adlandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ərəb Parlamentinin yaydığı bəyanatında yer alır.
“Ərəb Parlamenti Qətər Dövləti ilə tam həmrəy olduğunu ifadə edir və onun suverenliyini, təhlükəsizliyini və ərazi toxunulmazlığını qorumaq üçün görəcəyi bütün tədbirlərə tam dəstəyini bildirir”, - deyə Ərəb Parlamentinin bəyanatında vurğulanır.
Ərəb Parlamenti regionda münaqişə meydanının genişlənməsinin mənfi nəticələrindən xəbərdarlıq edir, təhlükəsizliyi və sabitliyi pozacaq vəziyyətin gərginləşməsinin qarşısının alınmasına çağırır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 İyun 2025 06:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















