Ərəblər Edersonu da aparırlar SON DURUM
Icma.az bildirir, Fanat portalına istinadən.
"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder fFabritsio Romano yayıb.
Məlumata görə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşdən rədd cavabı alan "Əl-Hilal" artıq diqqətini 25 yaşlı braziliyalıya yönəldib. Mənbə ərəblərin yaxın vaxtlarda Berqamo klubuna rəsmi təklif göndərəcəyini açıqlayıb.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 49 matça çıxan Ederson 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Atalanta" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat

Ərəblər Fernandeşi də aparırlar SON DURUM
06 May 2025 14:43
Ərəblər Mançester Siti nin ulduzunu da aparırlar
08 İyun 2025 13:53
Edersonu 3 Avropa nəhəngi istəyir ADLAR
06 Mart 2025 23:15
Ərəblər onu da almaq istəyir
09 Mart 2025 16:14
Ərəblər Eldara “elçi düşdü”
29 Dekabr 2024 15:45

