Icma.az
close
up
RU
Ərgüc Kələntərli Kobaxidze ilə görüşdü Video

Ərgüc Kələntərli Kobaxidze ilə görüşdü Video

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan ilə BMMT arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də fövqəladə risklərə qarşı dayanıqlılığın gücləndirilməsi sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

BMMT-nin Baş katibi Gürcüstanın Baş nazirini Təşkilatda həyata keçirilən davamlı islahatlar və modernləşmə prosesi barədə məlumatlandırıb. Görüşdə Təşkilatın daha müasir, fəal və praktiki beynəlxalq əməkdaşlığa yönəlmiş hökumətlərarası platformaya çevrilməsi, üzv dövlətlər, təşkilata üzv olmayan dövlətlər, beynəlxalq tərəfdaşlar və aidiyyəti institutlarla əməkdaşlığın daha da gücləndirilməsi qeyd olunub.

Ərgüc Kələntərli Təşkilatda həyata keçirilən islahatlara və onun strateji inkişaf istiqamətlərinə göstərilən dəstəyə görə Gürcüstanın Baş nazirinə öz minnətdarlığını ifadə edib.

Görüş zamanı Baş katib tərəfindən Gürcüstan, Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının iştirakı ilə Cənubi Qafqaz regionunda mülki müdafiə sahəsində birgə regional sahə təliminin təşkili təşəbbüsü xüsusilə qeyd olunub. Gürcüstanın Baş naziri bu təşəbbüsə və onun gələcəkdə həyata keçirilməsinə dəstəyini ifadə edib. Növbəti mərhələdə BMMT-nin Baş katibi təşəbbüsün reallaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın aidiyyəti qurumları ilə müvafiq məsləhətləşmələr aparacaq.

Bundan əlavə, Gürcüstana səfəri çərçivəsində BMMT-nin Baş katibi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsinə cavabdeh olan digər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyun 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri