Erhan Toker: “Balansı qoruduq və oyunu nəzarətdə saxladıq”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində “Abşeron Lions” “Şəki”ni ikinci matçda da məğlub edərək (105:94) yarımfinala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, “Abşeron Lions”ın baş məşqçisi Erhan Toker oyundan sonra matçla bağlı fikirlərini bölüşüb.
“İlk olaraq hər iki komandanın oyunçularına yaxşı mübarizəyə görə təşəkkür edirəm. “Şəki” üçün mövsüm bu gün başa çatdı, amma çox gözəl mübarizə apardılar. Bizim komanda isə zədəli Jalen Şou və xəstə olan Aubri Makalpaynın xidmətindən yararlana bilmədik. Bir qədər oyunun əvvəlində müdafiə olunmadan oynadıq. Yəni zəif müdafiə olunduq. Buna baxmayaraq hücumdakı çıxışımız yaxşı alındı və balansı qoruduq. Oyunun sonrasında müdafiədəki oyunu düzəltməyə çalışdıq və fərq yarandı. Bundan sonra da məhz hesabı qorumaq üçün oynadıq. Sevincliyik təbii ki, “4-lər” finalına vəsiqə qazandıq. İndi rəqibimizi gözləyəcəyik. Bacardığımız qədər ən yüksək nöqtədə çempionatı bitirmək istəyirik. Bir daha “play-off”da oynayan bütün komandalara təşəkkür edirəm”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 17 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















