Erhan Toker: “Biz nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Abşeron Lions”ın baş məşqçisi Erhan Toker komandasının Avrokubokların seçmə mərhələsində Kiprin “Anortosis” klubu ilə cavab oyununda 60:77 hesablı məğlubiyyətini şərh edib.
İdman.biz-in məlumatına görə, nəticəyə baxmayaraq, Bakı klubu “şanslı məğlub” qaydası sayəsində turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
“Bu gün çox zəif oyun keçirdik. Çətin həftə idi: ilk oyunda 30 xalla öndə idik, amma fərqin 16 xalla enməsinə icazə verdik. O vaxt cavab oyununda bunun bizə mane olmayacağına ümid etdiyimi demişdim, amma məlum oldu ki, yanılmışam. Bizə heyətlə bağlı problemlər də mane oldu: Gediminas Orelikin zədəsi və Ceyms Freyzerin psixoloji mübarizəsi. Atasının vəziyyətinin ağır olması onun diqqətini cəmləşdirməsini çətinləşdirirdi. Nəhayət, biz nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq. Əsas mərhələdə yaxşı çıxış etmək üçün səhvlərimiz üzərində ciddi işləməliyik”.
Xatırladaq ki, avrokubokların əsas mərhələsində Azərbaycanı üç klub təmsil edəcək: “Abşeron Lions”, “Neftçi” və “Sabah”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Oktyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















