Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Əri onu döyür və bağışlayır... Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... Nazirin arvadını yoldan çıxaran yazıçı

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün rus sovet yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxovun anım günüdür.

Kulis.az bu münasibətlə Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun "Şoloxov SSRİ-nin “baş çekisti”nin arvadını necə yoldan çıxarmışdı?" adlı essesini təqdim edir.

Məşhur sovet yazıçısı Mixail Şoloxovun qəribə və enişli-yoxuşlu həyat yolu barədə çox yazılıb. Stalin repressiyalarının tüğyan etdiyi 1938-ci ildə bu repressiyaların başında dayanan SSRİ Xalq Daxili İşlər komissarı – “NKVD” naziri Nikolay Yejovun arvadı ilə eşq macərası yaşaması da bu enişli-yoxuşlu yolun bir mərhələsidir...

Amma hansı mərhələsi...

Bütün sovet adamlarının “NKVD” adından tük saldığı bir dövrdə Şoloxov bu addımı atmağa necə cəsarət edib?
N.Yejovun qəbul etdiyi sərt qərarlara görə “jeleznıy narkom” (“dəmir narkom”) adı aldığını yəqin ki, M.Şoloxov hamıdan yaxşı bilirdi.

Xalq daxili işlər komissarı vəzifəsinə 1936-cı ilin oktyabrında təyin edilən Yejov az qala bütün sovet adamlarını nəzarətdə saxlayan bir aparatın başında dayanırdı. Sonralar hesablanıb ki, o, 1937-ci ilin yanvarından 1938-ci ilin avqustuna qədər İosif Stalinə həbs və əməliyyatlar barədə 15 min xüsusi məruzə təqdim edib. V.Molotovdan sonra Stalinin otağına ən çox girib-çıxan nazir olub.

Şoloxov Stalinə bu qədər yaxın olan bir nazirin xanımının “saqqızını” necə oğurlayıb?
Sovet tarixinin belə səhifələri barədə vaxtilə nəinki yazmaq, hətta danışmaq da qadağan olunub. Belə məsələlər barədə rəsmi sənədlər və müxtəlif yazışmalar isə “məxfi” adlanan müdhiş bir söz altında arxivlərə verilib.
Sonralar bu arxivlər açılıb, amma heç də hamısı yox...

Sovet kommunistlərinin ən etibarlı saxlanc yeri – dəfələrlə adı dəyişdirilən partiya arxivi indi Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi adlanır. Və bu arxivdə saxlanılan sənədlərin bir hissəsi hələ də qapalı sayılır.

Stalinin ölümündən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu arxivdəki “Stalin fondu” yalnız bu yaxınlarda açılıb, o da hamısı yox... Bu günün özündə də Stalinin adı ilə bağlı olan bir çox sənədlər “məxfi”liyini qorumaqdadır. Amma ictimaiyyət üçün açıq elan edilən sənədlər də kifayət qədər maraqlı və cəlbedicidir.

Məsələn, 30-cu illər repressiyası barədə araşdırma aparan tədqiqatçı “Yevgeniya Yejovanın əri ilə münasibətləri barədə İ.Stalinə müraciəti” adlı sənədə necə biganə qala bilər?

Uzun illər bu mötəbər arxivdə “göz bəbəyi” kimi qorunan belə sənədlərə rast gələndə adama elə gəlir ki, o vaxt hətta ailə münaqişələrini də şəxsən “millətlər atası” özü həll edirmiş. Belə olmasaydı “NKVD” kimi nüfuzlu bir dövlət qurumuna başçılıq edən nazirin arvadı niyə Stalinə müraciət etməli idi?

Əsas sual budur və cavabı da məktubun elə ilk cümlələrindən birində əks olunub: "...Dünən Nikolay İvanoviç (Yejov nəzərdə tutulur- M.H) mənə dedi ki, biz ayrılmalıyıq. Müxtəlif tanışlarla mənim görüşlərim barədə çoxsaylı suallarından belə başa düşdüm ki, onun qəfil qərarı sırf şəxsi səbəblərlə, daha doğrusu, onun mənə qarşı soyuqluğu və ya başqa qadına məhəbbətilə bağlı deyil. Mən hiss elədim ki, bu, hansısa siyasi amillərlə, mənə qarşı şübhələrlə bağlı qərardır."
Yekaterina Yejova 1938-ci il sentyabrın 19-da Stalinə ünvanlanmış məktubunda daha sonra yazır: “Mən həmişə ərimə mübariz yoldaş və dost olmağa çalışmışam. Mənə elə gəlir ki, elə əvvəllər də belə olmuşam, çünki yaşadığım bütün dövrlərdə həmişə onu ürəyimin dərinliklərində başa düşmüşəm və onun ideyalara sədaqətini, sadəliyini, yoldaş Stalin, şəxsən Sizə hədsiz məhəbbətini qiymətləndirmişəm. Mən işləmişəm və bu, mənə mənəvi rahatlıq verib və mənim şüurumu daha da möhkəmləndirib ki, yoldaşla, dostla çiyin-çiyinə addımlayıram, o heç vaxt mənə görə qızarmaz”.

Amma qızarıb...

Özü də, şəxsən Stalinin yanında... Axı Stalin hər şeydən xəbərdar idi...

Daha sonra “Narkom” xanımı ömrü boyu özünü siyasi cəhətdən gözdən salan hərəkətə yol vermədiyini bildirərək yazır: "Heç bir günahım yoxdur, ölkə qarşısında, bolşevik partiyası qarşısında və yoldaş Stalin, Sizin qarşınızda mənim vicdanım təmizdir"

Fikir verdinizmi, onun vicdanı ölkə, partiya və Stalin qarşısında təmizdir. Bəs əri Nikolay Yejov qarşısında?
Təbii ki, yox.

Çünki Yevgeniya Solomonovna Xayutina-Yejova o vaxt “SSSR na stroyke” adlı jurnalın redaktoru vəzifəsində işləyib. Eyni zamanda məşhur ədəbiyyat və sənət adamlarının sevimli əyləncə yerinə çevrilən salon işlədib. Bu salonda ədəbi və musiqili tədbirlər keçirilib və Yevgeniya Yejova da sənət adamları ilə əyləncəli vaxt keçirməkdən çəkinməyib. Bu əyləncələr isə bəzən həddini aşıb...

Yevgeniya sovet yazıçısı İsaak Babellə, Arktikada tədqiqatları ilə tanınan O. Şmidtlə bu salonda tanış olub, onlarla eşq macərası yaşayıb. Amma M.Şoloxovla bu məkanda tanış olmayıb...

Tanınmış sovet yazıçısı ilə macərası başqa vaxtda və başqa məkanda baş tutub...

Və ən dəhşətlisi isə budur ki, bütün bunlardan Stalinin xəbəri olub. Görünür, “millətlər atası”nın hamıdan və hər şeydən xəbərdar olduğunu bildiyi üçün Stalinə məktubda əri qarşısında vicadanının təmiz olduğunu dilə gətirə bilməyib...

“Müdrik rəhbər”ə yalan danışmamaq üçün...

Həqiqətən də, hələ bu məktubdan bir neçə ay əvvəl Stalin Yejova arvadınının SSRİ Dövlət Bankının indi həbsdə olan sədr müavini Qriqori Arkusla əlaqələrini xatırladaraq, ondan ayrılmasını məsləhət görüb. "Ayrılın" demiyib, sadəcə, məsləhət görüb ha...

Onda Yejovun arvadının Şoloxovla şəxsi tanışlığı yox idi. Tanınmış yazıçını Yevgeniya ilə əri – Yejov özü tanış edəcəkdi...

1938-ci ilin fevralında M.Şoloxov yaşadığı əyalətdə “çekist”lərin haqsız əməllərindən şikayət üçün Moskvaya gəlir. Təbii olaraq N.Yejovla görüşür və şikayətini çatdırır. “Narkom” da Stalinin sevimlisi olan yazıçı ilə tanışlıqdan razı qalaraq, problemi yoluna qoyur və axşam onu öz evinə qonaq aparır.

Bundan sonra həmin ilin avqustunda M.Şoloxov yenidən Moskvaya gəlir və nahar fasiləsi zamanı yazıçı dostu A.Fadeyevlə birlikdə Yevgeniyanın iş yerinə gəlir və iki yazıçı birlikdə onu özləri ilə nahara dəvət edirlər. Nahar üçün M.Şoloxovun qaldığı “Nasional” otelinə gəlirlər və söhbət çox uzandığından Yevgeniya evə gec getməli olur. Birinci görüşdə...

Növbəti gün M.Şoloxov Yevgeniyanı yenidən nahara dəvət edir, amma bu dəfə Fadeyevsiz...

Yenə də “Nasional” hoteli, amma bu dəfə təkcə naharla kifayətlənmirlər. Yazıçı onu qaldığı otel nömrəsinə aparır...

Onda təbii ki, “Nasional” kimi hotel “NKVD”-nin nəzarətində idi və ora girib çıxanlar qeydə alınırdı. Şoloxovla Yejovun arvadının otel restoranında ilk dəfə nahar etdiyini görən “hotel stenoqarfçısı” Şoloxovun qonağı barədə çalışdığı komissarlığa məlumat verir. “NKVD”-nin məxfi-siyasi şöbəsinin rəisi bu məlumatı alan kimi “stenoqarfçı” qadına nəzarəti davam etdirmək barədə tapşırıq verir.

Növbəti gün onlar nahar edib hotel nömrəsinə qalxandan sonra bütün proseslər incəliyinə qədər, özü də vicdanla protokolaşdırlır. Axı söhbət “dəmir narkom”un ailə üzvündən gedir...

Nəinki onların danışdıqları, hətta hərəkətləri də dəqiqliklə qeydə alınır: “koridorda öpüşdülər”, “vanna otağına keçdilər”, “yataq otağında işıqları söndürdülər” və s.

Yejov səhəri gün işə gələndə böyük yazıçının “Narkom” arvadı ilə görüşünün stenoqramı stolun üstünə qoyulur...
Axşam evə kifayət qədər sərxoş vəziyyətdə gələn (deyilənə görə möhkəm araq həvəskarı olub) Yejov arvadından “sən dünən Şoloxovla olmusan?” deyə sual edir. Arvad əvvəl mənfi cavab verir, bunun böhtan olduğunu dilə gətirir. Amma xalq daxili işlər komissarı sübutunu – “stenoqram”ı stolun üstünə atır: “Götür, oxu”!

Oxuyur və... həyacanlanmağa başlayır. Yejov isə onu döyməyə... Yevgeniyanın daha çox döyülməsinin qarşısını hadisənin şahidi olan rəfiqəsi zorla ala bilir.

Amma növbəti gün Yevgeniya elə həmin rəfiqəsinə ərinin sonradan sakitləşdiyini və gecə “stenoqramı” cırıb atdığını bildirir...

Necə deyərlər, Yejov arvadını bağışlayır...

Amma Stalin bağışlamır. Görünür, bu söhbət ona da çatır və bir neçə gün sonra bu dəfə Yejova arvadından boşanmaq barədə məsləhət yox, tapşırıq verir...

“Dəmir narkom” elə həmin gün – sentyabrın 18-də fikrini arvadına bildirir və Yevgeniya Yejova Stalinə məhz bundan sonra, sentyabrın 19-da məktub yazır.

Məktub bu sözlərlə bitirmişdi: “Sizə atam kimi müraciət edirəm, çox sevdiyim və hazırda xəstəxanada yatan qoca anamın canına and içirəm ki, heç bir günahım yoxdur. Sizə yalvarıram, şəxsən araşdırın. Siz insanlarda yanılmazsınız. Siz insanlıq və ədalət carçısısınız. Siz günahsız adamların ölümünə yol verməzsiniz. Məktuba görə bağışlayın. Necə çətin vəziyyətdə olduğumu çatdıra bilmirəm”.

Stalin məktubu oxuyur və... heç bir dərkənar yazmır... Məktub elə beləcə də arxivə göndərilir...

Kommunistlərin Moskvadakı ən böyük siyasi sənədlər arxivində Y.Yejovanın Stalinə bu hadisələrdən sonra yazdığı ikinci məktubu da saxlanılır. Orda da günahsız olduğu barədə, demək olar ki, eyni şeyləri təkrar edir. Amma görünür, artıq onda Yevgenya Stalinin onun vaxtilə SSRİ Dövlət Bankının indi həbsdə olan sədr müavini Q. Arkusla sevgi macərasından xəbərdar olduğunu bilib. Ona görə də bu məsələyə də aydınlıq gətirməyə çalışıb ki, “dahi rəhbər”in ürəyində, necə deyərlər, xal qalmasın: “...mənim Arkusların evində keçən həyatıma gəlincə, bu, 1927-ci ildə olub. Xatırlayıram ki, mənim sözümü təsdiqləyəcək bir neçə adam var. Onlar təsdiqləyə bilər ki, mən onların evində cəmi həftə yarım yaşamışam, sonra pansiona köçmüşəm. Əgər onlar mənim xoşuma gəlsəydi, onlardan çıxıb getməzdim”.

Stalinin ürəyini bu məktub da soyutmur.

Amma “dəmir narkom” yumşalır...

Yejov psixolji gərginlik yaşayan arvadını Krım sanatoriyalarından birinə müalicəyə göndərir. Yekaterina ordan ərinə etiraf məktubları yazır və Yejov 1938-ci ilin oktyabrında onu Moskvaya qaytarıb əsəb xəstəlikləri üzrə ixtisaslaşdırılmış sanatoriyaya yerləşdirir.

Təxminən, bir ay sonra, 1938-ci il noyabrın 21-də onun müalicə həkimi növbəti müayinə üçün Yejovanın otağına girərkən artıq keçindiyinin şahidi olur. Meyitin anatomik analizi göstərir ki, atdığı dərmanların təsiri ilə zəhərlənib.

Bu hadisədən üç gün sonra Stalin Yejovu tutduğu vəzifədən çıxarır və həmin vəzifəyə Lavrenti Beriyanı təyin edir. Repressiya dalğasına yeni güc vermək üçün...

Yejovun özünün həbsi barədə əmri isə Beriya 1939-cu ilin aprelində imzalayır. Ona əksinqilabi terror, casusluq və s. kimi ənənəvi ittihamlar irəli sürülür.

Yejov irəli sürülən bütün ittihamları rədd edir, təkcə... “kişibazlıq” maddəsindən başqa. Sovet qanunları homoseksual oreantasiyanı qadağan edirdi...

Yejov məhkəmədə yalnız bu ittiham üzrə günahkar olduğunu və bütün “homoseksual əlaqələrini” etiraf edir, öz “tərəf-müqabillərinin” hamısının adını çəkir və onların hamısı həbs edilir, güllələnir.

Homoseksualist “dəmir narkom” özü isə 1940-cı ilin fevralında güllə qabağında dayanmalı olur. Etdiyi və etmədiyi günahlara görə...

AKİ sədri uşaq kinosu ilə bağlı baş nazirə müraciət ünvanladı "Oskar"lı rejissor vəfat etdi Leonard Koenin əşyaları hərraca çıxarılacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri