Icma.az
close
up
RU
Əri tərəfindən şiddət görən qadın: “Qorxduğum üçün heç bir söz demədim”

Əri tərəfindən şiddət görən qadın: “Qorxduğum üçün heç bir söz demədim”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan rayonunda 1973-cü il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 avqust 2024-cü ildə baş verib. Məmməd həmin gün, saat 6 radələrində birlikdə yaşadıqları Salyan rayonunun kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində arvadı Nigarın baş və sifət nahiyəsinə qəsdən şillə, yumruq zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nigar onun arvadıdır, onların münasibətləri həmişə normal olub, aralarında heç bir problem olmayıb: “1995-ci ildə biz ailə həyatı qurmuşuq. Bizim birgə nigahımızdan 3 uşağımız dünyaya gəlib. Yaşadığım qəsəbədə yerləşən fərdi yaşayış evinin həyətində istixanam var. Mən istixanada tərəvəz məhsulları əkməklə ailəmi dolandırıram”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin avqust ayında istixanada xiyar tərəvəzi əkib: “Həmin ilin avqustun 14-də işlərim ilə bağlı evdən çıxaraq getdim. Həmin gün, təxminən saat 23 radələrində yaşadığım evə gəldim. Bu zaman azyaşlı qızım Şəbinəni mobil telefon ilə oynamasını gördüm. Ondan nə üçün yatmamasını soruşdum. Şəbinə isə hələ yatmadığını deyərək birazdan yatacağını bildirdi. Bildirdi ki, arvadım onun olduğu otaqda yatıb. Həmin vaxt Nigar yerindən oyanaraq mənimlə mübahisə edərək qəsdən səs saldığımı, onu yuxudan oyatdığımı bildirdi. Mən də Nigara mənimlə mübahisə etməməsini, qəsdən etmədiyimi, uşaqdan söz soruşduğumu dedim. Nigarın sakitləşmədiyini və mübahisənin böyüyəcəyini fikirləşdiyim üçün otaqdan çıxdım. Bizim aramızda başqa bir söhbət olmayıb”. 
Məmmədin bildirdiyinə görə, avqustun 15-də, saat 8 radələrində yuxudan oyandıqdan sonra həyətə düşüb: “Sonra həyətdə olan istixanaya girərək içərisinə baxdım. Bu zaman istixananın içərisində yabanı bitkilər və kollar olduğunu gördüm. Buna görə də Nigarı yanıma çağırdım. Ona istixananın içərisindəki yabani bitkilər və kolları təmizləməsini dedim. Nigar isə təmizləməyəcəyini bildirdi. Bundan sonra aramızda sözlə mübahisə oldu. Həmin mübahisə zamanı Nigar mənim rəhmətə gedən atamın ünvanına nalayiq ifadələr işlətdi. Buna görə də əsəbiləşərək 2-3 dəfə şillə və yumruq ilə Nigarın sifət, qol nahiyəsinə vurdum. Qızım Şəbinə yanıma gəldi və bizi ayırdı. Bundan sonra mən də əsəbi olduğum üçün evdən çıxaraq getdim”. 
Məmməd qeyd edib ki, daha sonra Nigarın qızı Şəbinə ilə birlikdə qardaşı Əlinin yaşadığı evinə getdiyini öyrənib: “Həmin gün, axşam saatlarında Əlinin yaşadığı evə getdim. Nigaraa evə gəlməsini, belə etməməsini dedim. Nigar isə getməyimi, özünün gələcəyini bildirdi. Avqustun 20-də Nigarın məndən Salyan Rayon Polis Şöbəsinə şikayət etdiyini öyrəndim. Törətdiyim əməldən peşman olmuşam, Nigarla barışmaq istəyirəm. Əməlimdən peşman olduğumu, üçüncü dərəcəli əlil olmağımın nəzərə alınmasını istəyirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nigarın sözlərinə görə, onların yaşadığı qəsəbədə yerləşən fərdi yaşayış evlərinin həyətində istixana var: “Məmməd həmin istixanada tərəvəz məhsulları əkməklə ailəmizi dolandırır. 2024-cü ilin avqust ayında Məmməd istixanada xiyar tərəvəzi əkdi. Arabir mən də istixanada işləyərək Məmmədə kömək edirəm. Lakin istixanada iş çox olduğu üçün yorğun oluram”. 
Zərərçəkmiş şəxs qeyd edib ki, avqustun 14-də, təxminən saat 23 radələrində qızı Şəbinə ilə birlikdə bir otaqda uzanıblar: “Lakin Şəbinə yatmadı. Mən isə yorğun olduğum üçün yatdım. Bir qədər sonra səs-küy eşidərək yuxudan oyandım. Məmmədə nə üçün səs saldığını dedim. Məmməd isə səbəbsiz yerə mənimlə mübahisə etdi, məni nlayiq ifadələrlə təhqir etdi. Sonra Məmməd 2-3 dəfə yumruqla kürək nahiyəmə vurdu. Mən də qorxduğum üçün heç bir söz demədim, azyaşlı uşağım ilə birlikdə otağa keçərək qapını bağladım”. 
Nigarın bildirdiyinə görə, avqustun 15-də, səhər saat 6 radələrində Məmməd onu yuxudan oyadaraq həyətdəki istixananın yanına çağırıb: “Mən də Məmmədin yanına getdim.Məmməd mənə istixananın içərisində təmizlik işləri görməyimi bildirdi. Mən isə yorğun olduğumu, təmizləyə bilməyəcəyimi dedim. Bundan sonra Məmməd mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Məmməd məni nalayiq ifadələrlə təhqir etdi. Mən də Məmmədə belə etməməsini və ayıb olmasını dedim. Lakin Məmməd sözlərimə məhəl qoymadı. Məmməd əsəbiləşərək 3-4 dəfə yumruqla baş nahiyəmə vurdu. Mən də orada olan dəmir boruların üzərinə yıxıldım. Mən yerdə uzanmış vəziyyətdə olan zaman Məmməd yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vurdu. Qızım Şəbinə yanımıza gəldi və Məmmədi məndən aralaşdırmağa çalışdı. Lakin Şəbinənin atasına gücü çatmadı. Məmməd qolumdan tutaraq sürüyüb küçəyə çıxartdı və getməyimi bildirdi. Həmin vaxt təxminən 1 saata yaxın küçədə qaldım. Qızım Şəbinə darvaza qapısını açdı və mən içəri girdim. Məmməd yenidən yanıma gələrək nə üçün həyətə girdiyimi bildirdi. Mən də  getməyə yerimin olmadığını dedim. Məmməd məni vurmaq istəyəndə, mən də vurmamasını, ağrıdığımı və həkimə gedəcəyimi dedim. Məmməd isə 1 dəfə də yumruqla vurmağını və rahat həkimə getməyimi deyərək 1 dəfə yumruqla sol gözümə vurdu. Həmin vaxt ağrıdığım üçün qaynım Əlinin yaşadığı evinə getdim. Mən 2 gün ərzində pis vəziyyətdə oldum və hərəkət edə bilmədim”. 
Zərərçəkmiş deyib ki, avqustun 20-də vəziyyəti pis olduğu üçün Salyan Rayon Mərkəzi Xəstəxanasına gedib: “Mərkəzi xəstəxanada həkimlər mənə tibbi yardım etdilər. Həmin gün də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ərim Məmməd tərəfindən döyüldüyümü dedim. Ərimlə barışmamışam, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri