Erik ten Haq: Ronaldo Mançester Yunayted ə mənfi təsir göstərirdi
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq Kriştianu Ronaldunun 2022-ci ildə məşqlərə münasibətinin komandaya mənfi təsir göstərdiyini bildirib.
Niderlandlı mütəxəssis bu barədə "The Athletic" nəşrinə müsahibəsində danışıb.
2021-ci ildə "Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz cəmi bir il sonra qalmaqallı şəkildə klubdan ayrılmışdı. O, açıq şəkildə həm komandaya, həm də Erik ten Haqa tənqidi fikirlər səsləndirmişdi. Nəticədə tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etmişdilər.
Ten Haq Ronaldunun komandadan gözləntiləri doğrultmadığını söyləyib:
"O, həm komandanı, həm də məni yarı yolda qoydu. Çünki planlarımızı onun üzərində qurmuşduq. "Mançester Yunayted"ə gəlməzdən əvvəl məqsədlərimi müzakirə etmək üçün Portuqaliyaya getmişdim. Şübhəsiz, o, futbol tarixinin ən yaxşı oyunçularından biridir. Ona böyük hörmət bəsləyirdim. Lakin həmin vaxt baş məşqçi kimi məntiqli qərar verməli idim".
Niderlandlı mütəxəssis Ronaldunun fiziki hazırlığı ilə bağlı onunla açıq danışdığını da bildirib:
"Mən ona deyirdim: "Ronni, hamı səni zərbə mövqeyinə çıxarmaq üçün çalışmağa hazırdır. Amma özün cərimə meydançasında mövqe tuta bilməsən, qol da vura bilməyəcəksən". O isə bunu bacarmırdı.
Mənim ondan taqətdən düşənə qədər pressinq etməsini tələb etdiyimi söyləmək tamamilə yanlışdır. Məsələ bu deyildi. O, nə topla, nə də topsuz vəziyyətdə sürətli hərəkətlər edə bilirdi. Səbəb isə özünü lazımi səviyyədə hazırlamaması idi".
Qeyd edək ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna keçib və karyerasını orada davam etdirir.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Oktyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















