Icma.az
close
up
RU
“Ərim öz ayağı ilə getdi, antibiotik vurub öldürdülər” Abşeron Mərkəzi xəstəxanasına ittiham

“Ərim öz ayağı ilə getdi, antibiotik vurub öldürdülər” Abşeron Mərkəzi xəstəxanasına ittiham

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.



Abşeron Mərkəzi Xəstəxanasında sentyabrın 4-də pasiyent ölümü baş verib.

Medicinal.az xəbər verir ki, Rəhimov Eltən Zülfi oğlunun müayinə üçün getdiyi xəstəxanada antibiotik iynəsindən sonra vəziyyəti pisləşib.

Reanimasiyaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həyat yoldaşı Nurlana Rəhimova şikayət yayaraq bildirib ki, Göyçay rayon sakini Eltən Rəhimov sentyabrın 4-də səhhətində olan problemlə bağlı səhər saat 10-da Abşeron Mərkəzi Xəstəxanasına gedib. Pasiyentin ayağında ağrı və şişkinlik olub:

“Orada infeksionist Əminə həkimin müayinəsində olduq. Diaqnozu bu oldu ki, dərialtı toxuma infeksiyası var, mütləq antibiotik vurulmalıdır.

Bir çox müayinələrdən keçdik, analizlər götürüldü, başqa heç bir ciddi problem çıxmadı. Mənim yoldaşımın antibiotikə allergiyası olub. Bir dəfə Göyçayda sınaq vurulanda komaya düşdü, onu rayonda həkimlər vəziyyətdən çıxardılar. Bunu həkimə dəfələrlə dedik ki, 20 ildir bu insana antibiotik vurulmur, problem olacaq. Bizi əmin etdi ki, narahat olmayın, özüm burdayam, nəzarət altında olacaq, “prob” qoyacağıq.

Yoldaşım bu sözdən sonra razılaşdı. Abşeron xəstəxanasının təcili yardım şöbəsinə ödənişlə iynə vurulması üçün düşdük. Özüm də orda işlədiyim üçün onunla keçdim. İynə mənim yanımda tibb bacısı Gülmira tərəfindən vuruldu. Antibiotiki yan əzələyə 0,5 qram "prob" adıyla vurdu. Halbuki bu doza yüksək idi. Elə ki, iynəni vurdular, 1 dəqiqəyə yoldaşımın vəziyyəti pisləşdi. Saniyələr içində boğuldu, şok başladı, nə qədər ilkin yardım göstərsələr də, özündən getdi. Onlar xəstəni artıq reanimasiyaya aparanda nəfəs almırdı. Məni yenə də aldatdılar ki, guya vəziyyətdən çıxarırıq, nəfəsi bir az gəldi, süni tənəffüs aparatına qoşduq, düzələcək.

Sonradan həkim Əminəyə zəng etdim ki, hardasız, sizin xəstəniz idi, söz vermişdiz, gəlin, mənə dedi, “simenim” bitib, evimdəyəm, uşaqlarımla məşğul oluram. Gəlmədi, maraqlanmadı.

Heç kim maraqlanmadı. Heç kim səhvini qəbul etmir. Elə bil ki, ölən adam deyil”.

Şikayətçi bildirib ki, həkimlərin səhlənkarlıq və etinasızlığı bir insanın ölümünə səbəb olub: "Xəstəyə antibiotik düşmədiyini tibb bacısına belə bildirmişdik.

Ampisillin antibiotikin çox güclü formasıdır. Həkim ən həssas xəstəyə bunu niyə təyin edib? O iynənin 0,5 ml vurulması belə savadsızlıqdır.

0,5 ml "prob" antibiotik vurulmur. Sınaq üçün antibiotik 0,1 ml qol əzələyə vurulmalıdır.

Bu, bir təkcə bizim başımıza gəlməyib. Dəfələrlə xəstəxanalarda belə özbaşınalıq olur. Mənim yoldaşım ağır xəstə deyildi, yaşlı deyildi.

Özü öz ayağı, maşını ilə xəstəxanaya tam normal gəlib, aptekə gedib iynə alıb, kameralara düşüb.

Mən öz və övladlarımın gələcəyini itirmişəm. 2 övladım yetim qaldı. Tibbi ekspertizaya verilib, rəyi gözləyirik, məsələnin düzgün araşdırılmasını, qanunla günahkarların cəzalanmasını istəyirəm.

Ölüm səbəbi antibiotikdən qeyri-peşəkarlıqla istifadə etməkdir”.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri