Icma.az
close
up
RU
“Ərimə xəyanət etmişəm” dedi, araşdırma başladı KONKRET

“Ərimə xəyanət etmişəm” dedi, araşdırma başladı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Speys TV-də yayımlanan “Tarixin bir günü” verilişində efir etikası və ictimai dəyərlərlə ziddiyyət təşkil edən fikirlərin səsləndirilməsi ilə bağlı iddia sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib-etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib.

Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.

Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Oxu.az-a açıqlamasında Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparıldığını bildirib:

“Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında Speys TV-də yayımlanan “Tarixin bu günü” proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see450

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see332

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see331

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see296

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see272

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see271

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see267

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see243

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see241

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see236

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see232

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see232

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see215

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see214

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see213

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see202

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see201

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see195

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see193

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri