Icma.az
close
up
RU
“Ərimin ailəsi mənim əxlaqsız olduğumu iddia ediblər” MƏHKƏMƏ

“Ərimin ailəsi mənim əxlaqsız olduğumu iddia ediblər” MƏHKƏMƏ

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Oğuz rayonunda 1987-ci il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 avqust 2024-cü ildə baş verib. Musa həmin gün saat 7 radələrində Oğuz rayonun kəndində yerləşən, yaşadıqları fərdi yaşayış evində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Səbinənin sağ qol, kürək, bel nahiyələrindən yumruq-təpiklə bir neçə dəfə zərbə vurub. 
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Səbinə ilə ailə həyatı qurub, 7 və 11 yaşlı 2 övladı var: “Tez-tez mübahisələrimiz olur, qardaşım və digər ailə üzvlərim əxlaqi səbəblərlə mənim arvadımdan ayrılmağımı istəyiblər. Övladlarıma görə Səbinədən ayrılmaq istəmədiyindən onunla birlikdə Oğuz rayonunun kəndində qayınatama məxsus evdə yaşayıram”. 
Musa qeyd edib ki, avqustun 15-də, səhər saatlarında Səbinə onun ailə üzvləri haqqında təhqiredici ifadələr işlətdiyindən, onunla ər-arvad münasibətində olmadığından mübahisələri olub: “Mübahisə zamanı Səbinəni yumruqla sağ qol, kürək nahiyələrindən, daha sonra isə arxa hissədən təpiklə vurmuşam. Səbinə yerə yıxıldı. Mən özüm isə oradan getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, Musa ilə ailə həyatı qurduqdan sonra münasibətləri normal olsa da, son zamanlar münasibətləri pisləşib: “Musanın ailəsi mənim əxlaqsız olduğumu iddia ediblər, Musadan ayrılmasını istəyiblər. Həmin səbəbdən mənimlə Musa arasında mübahisə olub. Avqustun 15-də, saat 7 radələrində Oğuz rayonun kəndində yerləşən yaşadığımız evdə Musa mənimlə münasibətdə olmadığı üçün mübahisə etməyə başladı. Mən isə Musanın ailəsinin barəmdə əxlaqsız dediyi, həmçinin Musa məndən boşanma ilə bağlı məhkəməyə müraciət etdiyi üçün onunla münasibətdə olmayacağımı dedim. Bundan sonra Musa mənimlə mübahisəyə davam etdi və başqa şəxslə münasibətimin olduğunu dedi. Daha sonra Musa saçımdan tutdu və yumruqla baş nahiyəmdən vurdu. Bundan sonra sağ qolumdan yumruqla, təpiklə isə arxa nahiyəmdən vuraraq məni döydü. Daha sonra Musa getdi. Mən isə bu barədə Daxili İşlər Nazirliyinin xidmətinə zəng edərək məlumat verdim”.
Bu cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri