Ərinin əlillik dərəcəsini dəyişmək istədi, dələduzluğun qurbanı oldu
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeronda həyat yoldaşının əlillik dərəcəsini dəyişmək istətən müəllim dələduzluğun qurbanı olub.
Qaynarinfo xəbər verir ki, Əliağa Vahid adına 11 saylı məktəbdə dil-ədəbiyyat müəlliməsi işləyən K.C.-nın həyat yoldaşı E.C. 2-ci qrup əlil olub. O, həyat yoldaşının əlillik dərəcəsini 1-ci qrupa dəyişmək istəyib. Rəfiqəsi ona Y.R. adlı qadına müraciət etməyi məsləhət görüb.
Tərəflər 7000 manat qarşılığında razılaşıblar. Lakim Y.R. verdiyi vədə əməı etməyib. Aldanıldığını anlayan K.C. Abşeron Rayon Poılis İdarəsinə müraciət edib.
Y.R. saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
İşin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə aparılıb.
Məhkəmə prosesində Y.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Hakimin çıxardığı hökmə əsasən o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Mart 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















