Icma.az
close
up
RU
Ərinin telefonundakı videoları yayn qadın cəzalandırıldı

Ərinin telefonundakı videoları yayn qadın cəzalandırıldı

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Şirvan şəhərində qonşusunun intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Səkinə Zülümova (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 156 və 242-ci (Şəxsi həyatın toxunulmazlığını pozma və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Zülümova bu ilin iyununda həyat yoldaşının telefonunda üç ədəd pornoqrafik xarakterli video tapıb. Videoda əks olunan qadın isə onların qonşusu olub. O, ərindən xəbərsiz videoları öz telefonuna göndərib.

Ərinin qonşu qadınla münasibətini öyrənən S.Zülümova bu barədə onun ərinə məlumat verib, videoları həmin şəxsə göstərib. Həmçinin hadisə barədə qonşu qadınlara danışıb və onlara da qonşuluqda yaşayan D.Quliyevanın pornoqrafik görüntülərini göstərib.

Məsələ ictimailəşəndən sonra D.Quliyeva polisə şikayət edib və cinayət işi açılıb. O, videoları ərinə göndərmək istəyərkən səhvən qonşu kişiyə yolladığını deyib.

S.Zülümovanın əri isə ifadəsində videolara baxandan sonra sildiyini, arvadının həmin görüntüləri telefonun zibil qutusundan aşkar edərək icazəsiz götürdüyünü deyib.

D.Quliyeva görüntülərini yayan qonşu qadından şikayətçi olmadığını bildirib.

S.Zülümova, həmçinin qeyd edib ki, əri ilə başqa qadının münasibətini öyrəndikdən sonra boşanmaq qərarına gəlib və övladlarına təkbaşına baxıb.

Şirvan Şəhər Məhkəməsinin 28 noyabr tarixli hökmü ilə S.Zülümovaya 1 il 6 ay islah işləri cəzası verilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see202

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see155

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see150

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see129

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri