Icma.az
close
up
RU
Ərinin xəyanətindən şübhələndi, nəticə faciə ilə bitdi

Ərinin xəyanətindən şübhələndi, nəticə faciə ilə bitdi

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda birgə yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Hacı Mahmudovu öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə növbəti proses baş tutub. İclasda müstəntiq Fərid Nuriyev izahat verib.

O bildirib ki, hadisə yerinə baxış zamanı evdə yalnız zərərçəkənin həyat yoldaşı, uşaqları və yaxın qohumları olub:

"Kameraların görüntülərinə baxılan zaman hadisə yerində kənar şəxs görülməyib. Səhərə yaxın təqsirləndirilən şəxs – Raidə Mahmudova zərərçəkənin qardaşını və digər yaxınlarını hadisə yerinə çağırıb. Onlar uşaqları evdən çıxarıblar. Bu da şübhə doğuran məqamlardan biri olub."

Müstəntiq əlavə edib ki, hadisə yerində çəkic, balta və digər küt və ya kəsici alətlər aşkarlanmayıb.

Təqsirləndirilən Raidə Mahmudova məhkəmədə ifadə verərək hadisənin necə baş verdiyini danışıb:

"Mən çarpayıda oturaq vəziyyətdə idim, yoldaşım isə yanımda yatırdı. Onun başqa qadınla əlaqəsinin olduğunu düşündüm və mobil telefonunu yoxlamaq istədim. Kodu açmağa çalışırdım ki, o oyandı və telefonun əlimdə olduğunu görüb əl-qol atmağa başladı. Mən də qorxu ilə onu mobil telefonla bir dəfə itələdim.

Yerə yıxıldı. Otaq qaranlıq idi, haraya dəydiyini görmədim. Sonra telefonu güzgünün üstünə qoyub otaqdan qaçdım. Sakitlik hiss etdim, qorxum daha da artdı. Geri qayıdıb işığı yandırdım və yastığın üstündə qan izi gördüm.  Yoldaşımı qaldırmağa çalışanda zəif  hiss etdim, o anda həyat yoldaşımın ayağı da əsirdi. Sonra  qohumlarımı çağırdım".

Raidə Mahmudova əlavə edib ki, ilkin ifadəsində qorxduğuna görə hadisəni guya kənar şəxsin törətdiyini deyib, lakin daha sonra cinayəti özünün törətdiyini etiraf edib.

Məhkəmədə sualları cavablandıran tibbi ekspert Orxan Əliyev bildirib ki, zərərçəkən sağ təpə və üz nahiyəsindən ciddi travmalar alıb:

"Hər alətin xəsarət izi özünəməxsus olur. ‘Redmi’ markalı mobil telefonla belə qəlpəli sınıqlar mümkün deyil. Hətta döşəməyə dəysə belə, belə ağır nəticə ola bilməz – çünki döşəmə taxta idi. Zərərçəkənin başında sıyrıqlar da olub və onların telefonla edilməsi real görünmür."

Məhkəmə əlavə ekspertiza təyin olunması üçün prosesi sentyabrın 11-nə təxirə salıb.

Qeyd edək ki, hadisə  2024-cu il oktyabrın 24-də səhər saat 8 radələrində Xətai rayonu ərazisində baş verib. 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 R.Mahmudova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Fidan Fərmanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri