Icma.az
close
up
RU
Eritreyada girov götürülən vətəndaşlarımızdan yeni xəbər YOXDUR

Eritreyada girov götürülən vətəndaşlarımızdan yeni xəbər YOXDUR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə ay əvvəl Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində girov saxlanılıb. “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur. Lakin hələ də girovların geri qayıtması baş tutmayıb.

Modern.az girovların son durumu ilə bağlı gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı ilə əlaqə saxlayıb.

Şirkətdən saytımıza bildirilib ki, onlar da yeni xəbər gözləyirlər: “Bizdə də əlavə məlumat yoxdur. Lazım olan hər şeyi Eritreya tərəfinə təqdim etmişik. Sizin kimi bizdə xəbər gözləyirik”.

Açıqlamada onlara girovların yaxınları tərəfindən  müraciətlərin daxil olduğunu bildirilib: “Əlbəttə, girovların yaxınları şirkətə müraciət edib, onlarla maraqlanırlar. Onlarla da məşğul olunur. Yəni məhdud olaraq yaxınları ilə danışırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri