Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.
Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar.
“Onların sağlamlıqları qaydasındadır”, – deyə şirkətdən bildirilib.
Eyni zamanda, Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur: “Danışıqlar hələ davam edir”.
Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















