Icma.az
close
up
RU
Erkən nikah sonsuzluğa səbəb olur Həkimdən XƏBƏRDARLIQ

Erkən nikah sonsuzluğa səbəb olur Həkimdən XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycanda sosial-ictimai problemlər sırasında erkən nikahlar yenidən diqqət mərkəzinə gəlir. 

Qeyd edək ki, erkən nikah dedikdə, yaşı 18-dən, yəni rəsmi nikah yaşından az olan şəxslərin qeyri-rəsmi evliliyi nəzərdə tutulur. BMT və UNICEF-in hesabatlarına görə, erkən nikahlar qlobal miqyasda qızların təhsildən uzaqlaşmasına, fərdi inkişaf yollarının bağlanmasına və tibbi problemlərə səbəb olur. Azərbaycan da bu böyük riskin tam ortasındadır.

Reallıqdan qat-qat az olan statistik rəqəmlər pizza hut

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2022 ci ildə 2 min 11, 2023-cü ildə 1 742, 2024-cü ildə isə 1 279 uşaq 18 yaşınadək analar tərəfindən dünyaya gətirilib. 

Statistikada qeyd edilir ki, 2024-cü ildə üzrlü səbəblər müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan 185 şəxsə (2023-cü ildə 249 olub) icra orqanları tərəfindən nikaha icazə verilib.

Bu rəqəm qeyri-rəsmi nikahlarla birlikdə daha da artır. Bu hallar, sadəcə sosial deyil, eyni zamanda tibbi faciələrə yol açır.

Ümumdünya Səhiyyə Təşkilatı xüsusilə qeyd edir ki, hamiləlik üçün optimal yaş 18-35 olmalıdır. Yəni heç bir halda 18 yaşdan aşağı qızların uşaq dünyaya gətirməsi sağlam ailə planlaması sayıla bilməz. Təşkilat qeyd edir ki, doğuşdan növbəti hamiləliyə qədər ən azı 2 il fasilə olmalıdır. 

Erkən nikahdan ana və körpə üçün təhlükəli olan erkən hamiləliklərə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin erkən nikahlarla əlaqədar çağırışda qeyd edilir ki, bu hallar adətən fiziki və psixoloji baxımdan hələ tam inkişaf etməmiş yeniyetmələrin həyatını risk altına atır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yalnız 18 yaşdan yuxarı şəxslər rəsmi nikaha daxil ola bilər. Bu yaşdan əvvəl qurulan ailələr isə çox vaxt sağlam olmayan münasibətlər, erkən hamiləlik və riskli doğuşlarla nəticələnir.

Əksər hallarda erkən nikah:

- Ana və körpə üçün təhlükəli olan erkən hamiləliklərə;

- Sonsuzluq və digər ginekoloji problemlərə;

- Psixoloji gərginliyə və sosial təcridə;

- Təhsildən uzaqlaşma və iqtisadi asılılığa səbəb olur.

Erkən yaşda ailə quran şəxslər ailə məsuliyyətinə və valideyn olmağa hazır olmurlar. Bu səbəbdən də belə nikahlar çox vaxt uğursuzluqla nəticələnir.

Həkimin gözü ilə: Tibbin səssiz fəryadı

Məsələ haqqında fikirlərini bölüşən ginekoloq Güləbətin Göyüşova deyib ki, erkən nikahlara cəlb edilənlərin ən çox qızlar olduğunu nəzərə alsaq, bunun onların bədən və ruhi sağlamlağına ciddi təsir etdiyini vurğulamaq lazımdır:

“Erkən nikaha daxil olan qızlar hələ cinsi yetkinliyini tam başa çatdırmamış olur. Xüsusilə 18 yaşdan əvvəl uşaqlıq boynunda yastı epitel tam formalaşmır. Bu qat infeksiyalardan və xərçəngönü dəyişikliklərdən qoruyan bir qalxan rolu oynayır. 

Erkən nikahlarda HPV (Human Papilloma Virus) infeksiyasına yoluxma ehtimalı çox yüksəkdir. Bu virusun konkret müalicəsi yoxdur, ancaq peyvənd vasitəsilə qorunmaq mümkün olur”. 

Ginekoloqun sözlərinə görə, erkən yaşda hamiləlik yaşayan qadınlarda düşük riski, vaxtından əvvəl doğumlar, eləcə də doğuşdan sonra qanaxmalar daha çox qeydə alınır: 

“Çox təəssüf ki, bunlar ana və uşaq ölümlərinin əsas səbəbləridir. Bununla mübarizə aparmaq üçün ciddi addımlar atılmasına ehtiyac olduğunu düşünürəm. 

Həmçinin qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmamış qızlar nikah zamanı kontrasepsiya yolları haqqında məlumatsız olurlar. Onlarda təkrar hamiləliklər, arzu olunmayan abortlar daha çox baş verir. Bu da infeksiyaların, psixoloji travmaların və sonrakı depressiv halların çoxalmasına gətirib çıxarır”. 

Həkim onu da qeyd edib ki, erkən nikah və erkən evlilik vaginizm - yəni cinsi əlaqə qorxusu, cinsi əlaqədən qaçma halları da yaradır. 

“Bu, fiziki deyil, psixoloji bir problemdir və erkən nikahla birbaşa əlaqəlidir” – deyə, G.Göyüşova əlavə edib. 

Gələcək problemlərin qarşısını indidən almaq lazımdır 

Nəticə olaraq, deyə bilərik ki, erkən nikahların təsiri qadınların təkcə fiziki, tibbi problemləri, psixoloji travmaları ilə yekunlaşmır. Bu, bir nəsli, cəmiyyəti və dövlətin genefondunu təhdid edən problemdir. Qanun bu nikahları yasaqlasa da, realda adət-ənənə, savadsızlıq və sosial təzyiqlər bu pozuntulara əl atılmasına, hətta “normal” qarşılanmasına gətirib çıxarır. 

Görünən odur ki, məsələ tək tibbi deyil, sosial, mənəvi və hüquqi cəhətdən cəmiyyətin kompleks problemidir. Mütəxəssislərin, həkimlərin, ictimaiyyət nümayəndələrinin də dediyi kimi, qızların tezliklə ərə verilib, qadın rollarına məcbur edildiyi cəmiyyətlərdə həqiqi tərəqqidən, inkişafdan, qadın və uşaq sağlamlığından əmin olmaq çətindir.

Gələcəkdə qarşılaşacağımız bu  problemlərin qarşısını almaq isə təkcə qanuni-hüquqi cəzalandırmadan, qadağalardan deyil, həm də maarifləndirmə, təhsil, tibbi məsləhətlər və dərin psixoloji dəstəkdən asılıdır. 

A. Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri