Icma.az
close
up
RU
Erkin Hüseynov özünə quyu qazır.. İK “Sabah”a boş yerə xəbərdarlıq edibmiş!

Erkin Hüseynov özünə quyu qazır.. İK “Sabah”a boş yerə xəbərdarlıq edibmiş!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov bu dəfə də qəribə açıqlama ilə gündəmə gəlib.

Xatırlayırsızsa, komitənin sonuncu iclasında “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə Masazır təmsilçisinə xəbərdarlıq edildi.
Məsələyə münasibət bildirməsi üçün Erkin bəyə müraciət edən “İdmanxeber.az”ın əməkdaşı Həsən Quluzadə qarşı tərəfdən görün hansı cavabı eşidib:

“Stadiona suyun buraxılmaması araşdırıldı. İddialar doğru deyil. Qapağı açılmaq şərti ilə azarkeşlər suyu stadiona keçirməlidi və belə də olub. Heç kimin əlindən suyu alınmayıb. Kluba xəbərdarlıq bunun üçün edilib ki, başqalarına da mesaj olsun. Çünki bu qərarlara başqa klublar da baxır. Onlarda da bənzər problem varsa, aradan qaldıracaqlar. O ki qaldı qida məhsullarının stadiona buraxılmamasına, bu artıq klubun daxili məsələsidi. Hər klubun öz əsasnaməsi var. Avropada da belə hallar olur. Klublar bəzən qida məhsullarını stadiona buraxmır. İstəyən tətbiq edir, istəməyən yox”.

İndi belə anlaşılır ki, AFFA İntizam Komitəsi “Sabah”a qarşı haqsızlıq edib. Yəni məsələ doğru-düzgün araşdırılmayıb və tələm-tələsik qərar verilib. Sonradan üzə çıxıb ki, “bayquşlar”ın bu məsələdə günahı yoxdu. Təbii ki, belədə xəbərdarlıq qüvvədən düşməli və klubun hansısa səhvinin olmadığı haqda məlumat AFFA-nın saytında yerləşdirilməlidi. Ancaq Erkin bəy araşdırma zamanı – aparılıbsa – yol verilən səhvə biabırçı şəkildə bəraət qazandırır. Doğrudanmı, klublara mesaj ötürməyin yeganə yolu hansısa səhvi olmayan komandaya xəbərdarlıq etməkdi?
...Həqiqətən də, qulaq gündə bir söz eşitməsə, kar olar. Futbolumuzun belə idarə edilməsinə dözmək üçün kaş nəinki kar, həm də lal olaydıq!
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:432
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri