Icma.az
close
up
RU
Erkin İbrahimov: Kəpəz in daxilində də komandaya qarşı hansısa addımlar olur

Erkin İbrahimov: Kəpəz in daxilində də komandaya qarşı hansısa addımlar olur

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Kəpəz" Futbol Klubunun daxilində də komandaya qarşı hansısa addımlar olur".

İdman.biz xəbər verir ki, bunu "Report"a Gəncə təmsilçisinin İdarə Heyətindən ayrılan Erkin İbrahimov deyib.

O, şəxsi işləri ilə əlaqədar postunu tərk etmək qərarı verdiyini bildirib: "Durum elədir ki, mən nə tam işə köklənə, nə də başqa şəhərdə yaşaya bilirəm. Alınmır. Daim klubun yanında, bazada olmaq lazımdır. Parçalanmaq da olmur. Nəticələr də yaxşı deyil. Kimsə bu məsuliyyəti üzərinə götürməli idi. Bu, klubdakı şəxslər və futbolçular üçün bir siqnal idi".

İbrahimov daha əvvəl də klubdan getmək istədiyini söyləyib: "Yayın əvvəlində də ayrılmaq qərarına gəlmişdim. Əlbəttə, nəticələr ürəkaçan deyil. Hər kəs İdarə Heyətinin sədri Adil Vəliyevin ətrafında sıx birləşməlidir. Klubun inkişafı ilə bağlı uzunmüddətli planları var. Çətinliklər, problemlər ola bilər. Uzun illər sonra Gəncə futboluna təmənnasız kömək edə biləcək insan rəhbərliyə gəlib. Ona yardımçı olmaq lazımdır. Açıq danışaq, bəzən "Kəpəz"in daxilində də kluba qarşı hansısa addımlar olur".

İdarə Heyətinin keçmiş üzvü məşqçilərə və futbolçulara inandığını sözlərinə əlavə edib: "Hər hansı komanda çempionatın startında üç oyun ardıcıl məğlub olsa, ab-hava yaxşı olmaz. Məşqçilərə və futbolçulara inanıram. Məncə, bu vəziyyətdən çıxa biləcəklər. Komandanın heyəti də kifayət qədər yaxşıdır. II turda "Karvan-Yevlax"ı məğlub etmək olardı. Sadəcə, toparlanmaq üçün bir az vaxt lazımdır".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri