Icma.az
close
up
RU
Ərlə arvad bir birinin maşınını etibarnaməsiz sürə bilər? Sürücü hə , DYP yox deyir

Ərlə arvad bir birinin maşınını etibarnaməsiz sürə bilər? Sürücü hə , DYP yox deyir

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Həftəsonu Milli Məclisin yanından keçəndə DYP-nin əməkdaşı avtomobilimi saxladı. Sənədlərimi yoxlayanda sürdüyüm maşının öz adıma qeydiyyatda olmadığını görüncə, etibarnamə tələb etdi. Mən də maşının sahibinin – həyat yoldaşımın yanımda oturduğunu bildirdim. O isə xatırlatdı ki, əgər maşının sahibi yanımda olmasaydı cərimə olunacaqdım. Söhbətin nədən getdiyini bilsəm də son 5 ildə ilk dəfə idi məni saxlayan DYP işçisindən bu addımı görürdüm. Vəziyyətdən istifadə edib məsələnin dərinliyinə getməyə qərar verdim. Aramızda müzakirə (fikir mübadiləsi də demək olar) başladı. Mən maşının birgə nikah dövründə alındığı üçün birgə mülkiyyət olduğunu əsas gətirərək nikah sənədinin olduğu halda etibarnaməyə ehtiyac olmadığını və bu fikrin notariuslar tərəfindən də təsdiq edildiyini (əslində bu təklif bizə onlardan gəlmişdi), bu vaxta qədər digər DYP əməkdaşları tərəfindən bu məsələnin qaldırılmadığını bildirdim. Polis müfəttişi isə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə istinad edərək bunun üçün 40 manat cərimə nəzərdə tutulduğunu bildirdi. Üstəlik fikrini gücləndirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin bununla bağlı youtube kanalındakı açıqlamasını göstərdi. Təxminən 15-20 dəqiqəlik müzakirənin nəticəsi olaraq sonda polis əməkdaşını çətinliklədə olsa haqlı olduğuma inandıra bildim.

Ancaq evə gələn kimi məsələ ilə bağlı araşdırma aparmağa başladım. Məlum oldu ki, analoji problemlə bağlı Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi bu işə baxıb və 24 iyul 2023-cü il tarixində bununla bağlı qərar verib. Qərar “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” adlanır.

Deməli, 2 noyabr 2022-ci il tarixində Gəncə şəhər sakini A.Səfərov analoji vəziyyətlə üzləşib və o, Gəncə Şəhər DYP-sinin inspektoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi əsasında cərimə olunub. A.Səfərov həmin qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət verib. Şikayət onunla əsaslandırılıb ki, o, idarə etdiyi maşını birgə nikah dövründə alıb və buna görə nikah haqqında şəhadətnaməni DYP əməkdaşına göstərsə də faydası olmayıb. A.Səfərov Ailə Məcəlləsinin 33.1-ci və Mülki Məcəllənin 225-ci maddələrinə istinad edərək məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini xahiş edib.

Həqiqətən də Gəncə şəhər sakininin ərizəsində göstərdiyi arqument güclüdür. Çünki ər-arvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Müraciətedən hesab edir ki, sadalanan normalarda ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun qarşılıqlı razılıq əsasında həyata keçirilməsi müəyyən edilmiş, həmin razılığın forması ilə bağlı isə qanunvericilikdə hər hansı tələb irəli sürülməyib. (Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə).

Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə qeyd edilən anlayışların izahını verməklə yanaşı tövsiyələr verib. Məhkəmə Milli Məclisinə tövsiyə edib ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılsın. Eyni zamanda digər tövsiyədə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyət tətbiq ediləndə ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna edilsin.

Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarında 2 ilə yaxın vaxt keçsə də Milli Məclis tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb. DYP isə bu vəziyyətdən istifadə edərək cərimə rıçaqlarından istifadə edir. Ümid edək mətbuat bu məsələni gündəmdə saxlayacaq və parlamentdən bunu öyrənəcək.

Samir Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri