Erlinq Haland Mançester Siti nin tarixində bunu bacaran 4 cü futbolçu oldu
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mançester Siti"nin hücumçusu Erlinq Halandın Premyer Liqanın 26-cı turunda "Fulhem"in qapısına (3:0) vurduğu qol, hücumu üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat yayılıb. Norveçli forvard "Siti" karyerasında 153-cü dəfə fərqlənib.
Bununla da Haland "Mançester Siti"nin bütün zamanların ən çox qol vuran oyunçuları siyahısında dördüncü yerə yüksəlib. O, 1960-cı və 1970-ci illərdə "şəhərlilərin" formasını geyinmiş Kolin Bellə çatıb. Zirvədə isə argentinalı hücumçu Serxio Aquero qərarlaşıb.
Qeyd edək ki, Erlinq bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyun keçirib, 22 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu Çempionlar Liqasında 8 oyunda 7 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Fevral 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















