Erlinq Haland şəxsi rekordunu yeniləyib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Mançester Siti”nin və Norveçin hücumçusu Erlinq Haland 2026-cı il dünya çempionatının seçmə mərhələsinin İsraillə oyununda 3 top vurub.
İdman.Biz bildirir ki, Norveç İsrail üzərində 5:0 hesablı qələbə qazanıb.
Haland vurduğu toplarla bütün yarışlarda qol seriyasını 10 matça çatdıraraq yeni şəxsi rekorda imza atıb.
Hålandın son qolsuz oyunu avqustun 23-də “Tottenhem Hotspur”a 2:0 hesabı ilə uduzduqları matç olub. O vaxtdan bəri norveçli 18 qol vurub, Moldovaya qarşı penta-trik, İsrailə qarşı isə het-trik edib.
Futbolçu Çempionlar Liqasında “Monako” ilə matçda və Premyer Liqada “Mançester Yunayted” və “Bernli” ilə oyunların hər birində iki qol vurub. O, həmçinin “Brayton”, “Napoli”, “Arsenal”, “Brentford” və Finlandiya millisinə bir qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 11 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















