Erlinq Holand ABŞ dən 750 dollarlıq qeyri adi suvenir gətirdi VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Mançester Siti” futbol komandasının norveçli hücumçusu Erlinq Holand DÇ-2026-dan sonra qeyri-adi suveniri ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu Norveç millisinin İngiltərəyə 1:2 hesabı ilə uduzaraq turnirin 1/4 final mərhələsində mübarizəni dayandırmasından sonra Osloya qayıdıb. Holand təyyarədən enərkən qucağında içki şüşəsi tutan müqəvva yenot aparıb.
Hücumçunun “Whiskey Raccoon” adlanan suveniri ABŞ-nin Texas ştatında yerləşən “Wild Bill’s Western Store” mağazasından aldığı bildirilib. Məhsulun qiyməti 750 dollar (1275 AZN) təşkil edib.
Holand yenotla yanaşı, “Dolce & Gabbana” brendinə məxsus yol çantası ilə də görüntülənib. Norveçli futbolçunun bahalı çanta və qeyri-adi suvenirlə birlikdə çəkilən görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















