Icma.az
close
up
RU
Erməni Apostol Kilsəsi İŞİD in filialıdırmı?

Erməni Apostol Kilsəsi İŞİD in filialıdırmı?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxud qara cübbəlilərin Paşinyanın başını kəsmək çağırışı

Erməni kilsəsinin tarixən terrorun, qətlin və digər insanlıqdan uzaq əməllərin hazırlandığı radikal təmayüllü qatı ideoloji mərkəz olduğu məlumdur. Bu barədə Azərbaycan cəmiyyətində çox danışılıb və yazılıb. Hətta müxtəlif spesifik araşdırmalar aparılıb. Söylənilənlər fonunda önə çıxan bu fikirdir: Erməni kilsəsinin dinlə, yəni xristianlıqla heç bir əlaqəsi yoxdur.

Erməni kilsəsi yalnız siyasi məqsədlərə köklənmiş, həmin məqsədlərə zidd hallara münasibətdə xüsusi amansızlığı ilə seçilən, öz hədəfləri naminə hər cür qəddarlığı törətməyə hazır olan quldur xislətli qurumdur. Hazırda Ermənistanda yaşanan proseslər bu təsisat barədə deyilənlərin tam həqiqət olduğunu bir daha təsdiqləyir. Əslində, erməni kilsəsi dindən uzaq mahiyyətini özü açıqlayır. Həm də başqa qüvvəyə qarşı yox, məhz Ermənistan liderinə, ölkənin baş nazirinə, seçilmiş birinci şəxsinə qarşı. Söhbət konkret nədən gedir, bu barədə bir qədər sonra. Hələlik isə...

Xarici aləmdə Ermənistanı demokratik ölkə kimi tərənnüm edən fikir və bəyanatlar səslənməkdədir. Demokratiya isə kifayət qədər dərin məhfumdur. Hay qövmünün 2018-ci ilədək bu məhfumun dərkinə doğru hansısa məsafə qət etməsi mümkünsüzdür. Yəni, baş nazir Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi hansısa mütərəqqi təfəkkür tərzinin təntənə məhsulu deyildi.

Tam əminliklə söyləyə bilərik ki, Ermənistana demokratiya qapıdan və pəncərədən yox, məhz bacadan daxil olub. Üstəlik, o, möhkəm zədələnib. Çünki baca dardır. İndi isə obrazlı desək, zədələnmiş, qolu-qanadı əzilmiş erməni demokratiyası humanizmin və bəşəriliyin zərrə qədərini belə özündə daşımayan erməni kilsəsi tərəfindən zorlanır. O zaman sual olunur: Ermənistanda demokratiya varmı?

Bəli, Ermənistanda demokratiyanın mövcudluğundan danışmaq, yaxşı halda pafos və populizmdir. Həm də o səbəbdən ki, ölkə hər zaman anti-demokratik ünsürün - kilsənin təsiri altında olub. Orta statistik erməninin baxış bucağı məhz bu dini strukturun təsiri altında formalaşıb. Belə zay təsirin nəticəsidir ki, hay cəmiyyəti hazırda xəstədir. 1988-ci ildən vüsət almış “Miatsum” cəfəngiyyatı da, azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından deportasiyası da, sonradan torpaqlarımızın işğalı da xəstəliyin nəticəsi idi.

Lakin ölkəmiz və xalqımız 2020-ci ilin 44 günlük müharibəsi ilə təcavüzə son qoydu. Silahlı Qüvvələrimizin 2023-cü ildə reallaşdırdığı lokal xarakterli uğurlu antiterror tədbirləri isə haqqında söz açdığımız “Miatsum” cəfəngiyyatını tarixin zibilliyinə göndərdi. Deməli, həm də erməni kilsəsinin müəyyənləşdirdiyi xətt iflasa uğradı. Durum dini təsisatı qeyzləndirməyə bilməzdi. Nəzərə alsaq ki, 2018-ci ildə Ermənistanda baş nazir N.Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnmiş proseslər inqilab kimi qələmə verilir, deməli, hazırda ölkədə yaşananları əks-inqilabi cəhd adlandırmaq mümkündür. Əlbəttə, məsələyə klassik anlamda yanaşmırıq. Çünki gerçək inqilab olmadığı kimi, əks-inqilabi proses də qeyri-mümkündür.

Hər bir halda, deyək ki, Ermənistandakı əks-inqilabi cəhdin müəllifi də çoxşaxəli, təkcə ölkədə deyil, ondan kənarda da ciddi dayaqlara malik Erməni Apostol Kilsəsidir. Kilsə erməni iqtidarına, baş nazir Paşinyana qarşı kin və nifrət püskürür. Püskürtünün həm daxili, həm də xarici təzahürü var. Söhbət iyulun 13-də ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Ermənistanın Baş Konsulluğu qarşısında keçirilmiş aksiyanın dəhşətli çağırışdan gedir.

Deməli, sözügedən aksiyanın keşiş iştirakçısı Nikolun başının kəsilməli olduğunu bildirib. Hesab edirik ki, belə qorxunc çağırışın səslənməsi Ermənistanda zaman-zaman özünü qapalı formada göstərmiş, bu ilin mayından açıq müstəviyə keçmiş kilsə-iqtidar qarşıdurmasının kuliminasiya anıdır. Mövcud fonda ən maraqlı məqam isə hakim komandanın verdiyi reaksiyadır.

Beləliklə, Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan Qlendeyldəki olayı şərh edərkən, Erməni Apostol Kilsəsini terrorçu İŞİD-lə müqayisə edib. “Erməni Apostol Kilsəsini İŞİD-in filialına çeviriblər. Baş kəsirlər. Özü də Ermənistan Respublikasının baş nazirinin başını. Bax, belə dostlar. İndi siz düşünürsünüz ki, Vazgen Qalstanyan bu qara cübbəlidən fərqli olaraq “qar gülləsi”dir?”, - deyən hökumət rəsmisi qorxunc çağırış müəllifinin və dəstəkçilərinin xristianlıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Onlar 1999-cu ildə müqəddəs kilsəmizi zəbt etmiş cəhənnəm nəsilləridirlər. Amma həm Vazgen Qalstanyan, həm də bu murdar sadəcə şeytandır, iblisin idarəsi altında olan və ona xidmət edəndir. Kilsəmizi məhz belə iblisdən azad etməliyik! Heç nə təəccüblü deyil. Çünki şeytanın özü də bəzən nur mələyi kimi görünür”.

Məlum olduğu kimi, Arutyunyanın adını çəkdiyi Vazgen Qalstanyan Tavuş arxiyepiskopu Baqratdır. O Baqrat ki, ötən il paytaxt İrəvana yürüş təşkil etmiş və hakimiyyəti devirməyə çalışmışdı. O Baqrat Qalstanyan ki, ötən ay erməni hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi və hazırda dəmir barmaqlıqlar arasındadır. Heç şübhəsiz, Qlendeyldəki aksiya və ona Arutyunyanın münasibəti Baqratın azadlıq şansını tamamilə heçə endirir. Başlıca məqam isə erməni rəsminin kilsəni, bir növ, şər yuvası adlandırmasıdır. Deməli, Azərbaycan cəmiyyətinin illərdir vurğuladığı məqam təsdiqini tapır.

Bəli, Erməni Apostol Kilsəsinin xristianlıqla heç bir əlaqəsinin olmadığı hayların özləri, indiki halda Ermənistanın məsul şəxsi tərəfindən etiraf edilir. Bu, heç də adi məsələ sayıla bilməz. Deməli, ölkədəki ənənəvi mənfi stereotiplərə münasibətdə dirəniş var. Ancaq Arutyunyanın fikirlərində müəyyən düzəlişlər aparmaq vacibdir. Məsələ ondadır ki, Erməni Apostol Kilsəsi 1999-cu ildə korlanmayıb. Əvvəldə də bildirdik ki, bu dini təsisat bünövrədən şər yuvasıdır, məkrli planların qurulduğu platforma, habelə terrorun və qətlin ilhamvericisidir.

Ən başlıcası, kilsə erməni dövlətsizliyinin, hayların qövm strukturunun simvoludur. Əlbəttə, kilsə eyni zamanda özündə dövlət ideyasını daşıyan strukturdur. Zaman-zaman “erməni kartı” vasitəsilə qlobal məqsəd və planlar gerçəkləşdirmək istəyənlər hay dövləti formulu üzərinə köklənəndə bu formulun təbliğatını məhz kilsə aparmışdı. Ancaq mənfur kartı işə salan kəslər haylar üçün dövləti heç də onların qara qaşlarına və qara gözlərinə görə bəxş etməmişdilər. “Etimadı” doğrultmaq - barəsində söz açdığımız terrorları, qətlləri və digər çeşidli təxribat əməllərini törətmək şərt idi. Erməni Apostol Kilsəsinin “ideoloji missiyası” məhz bu sayaq məkrli aktları hazırlamağa və həyata keçirməyə hesablanmışdı.

Sonda belə nəticəyə gəlirik ki, erməni kilsəsi üçün hansısa dini müqəddəslik düsturu yoxdur. Bu qurum heç bir ənənəyə söykənmir. Onun tapındığı yalnız avantürizm və anarxizmdir. N.Paşinyanın başının kəsilməsi çağırışının ilhamvericisi də anarxizmin beşiyi olan Erməni Apostol Kilsəsi və onun rəhbəri II Qaregindir.

Ən sonda isə bir məqama toxunaq. Məlumdur ki, Nikol və tərəfdarları “real Ermənistan” formulu üzərində dayanırlar. Bu formul hazırkı Ermənistanın qeyri-reallıq və qeyri-leqallıq libasını sıradan çıxarmağı hədəf seçib. Deməli, reallıqdan uzaq dövlətsizlik dövrünün zay məhsulu olan kilsənin obrazı və məramı dəyişməlidir. Həm də ona görə dəyişməlidir ki, erməni varlığı sözügedən dini təsisatın təbliğ etdiyi qorxunc ideyaları təkbaşına qorumaq iqtidarında deyil və heç zaman da bu gücün daşıyıcısı olmayıb. Ona hər zaman xaricdən dəstək göstərilib.

Kilsə avantürizmi təbliğ etmək şakərindən qalmırsa, avantürizmin xarici dəstəyi heç bir işə yaramırsa, dini təsisatın tutacağı barışmazlıq xəttinin, revanşizmin və şovinizmin Ermənistanı fəlakətə aparacağı birmənalıdır. Yəni, Erməni Apostol Kilsəsi köhnənin klişelərindən uzaq dayanmalı, dövlətin xəttinə qarışmayan mahiyyət qazanmalıdır ki, Ermənistan heç nədən yaranmış dövlət varlığını sürdürsün. Başqa sözlə desək, terrordan, qəsbkarlıqdan, məkrli siyasi oyunların aləti obrazından çıxmış, qonşularla normal keçinən erməni dövləti formalaşsın. İndi bunun üçün tarixi şans yaranıb. Hər bir erməni bu şansı qaçırmamaq naminə çalışmalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri