Erməni deputatı mandatından Anna Akopyan məhrum edib? DETALLAR
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Erməni deputat Ovik Ağazaryan Anna Akopyan tərəfindən bloger Roman Bağdasaryana görə mandatından məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Hraparak qəzeti mənbələrə istinadən yazıb.
Qeyd edilib ki, Ovik Ağazaryanın deputat mandatından məhrum edilməsinin təşəbbüskarı baş nazir Nikol Paşinyan deyil, onun həyat yoldaşı Anna Akopyan olub.
Qəzet bildirir ki, oktyabrın sonunda Ağazaryan müsahibə verərək Anna Akopyanın sevimli blogeri Roman Bağdasaryanı rəzil adam adlandırıb.
Ağazaryan baş nazirin həyat yoldaşının tədbirinə Bağdasaryanın necə qatıldığını anlamadığını deyib.
Daha sonra o, Bagdasaryanın "Ruben Vardanyanın həbsinə görə Azərbaycana minnətdaram.
O, Bakı həbsxanasında ölməlidir" fikirlərini şərh edib: “Mənim efirdəki sözlərim belə bir insana qiymət vermək üçün yetərli deyil”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















