Icma.az
close
up
RU
Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR

Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik daha da artır.

Modern.az-ın məlumatına görə,  Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal qeyd edir ki, yaxın aylarda Ermənistanın siyasi kursu və regional mövqeyi kəskin şəkildə dəyişə bilər.

Ermənistanda Rusiyayönümlü qüvvələr artıq seçki blokunun yaradılması üzərində işləyir. Məqsəd Baş nazir Nikol Paşinyanın əsas siyasi xətti hesab edilən “sülh gündəmını” zəiflətmək və onun Qərblə yaxınlaşma siyasətini gözdən salmaqdır.

“Beşinci kolon” adlandırılan qüvvələr həmçinin kilsə faktorundan geniş istifadə edir. Paşinyanla II Qaregin arasında gərginlik fonunda xaricdə, xüsusilə ABŞ-da “Ermənistanda xristianlara təzyiq” kimi iddiaların tirajlanması diqqət çəkir.

De Vaalın “The Guardian” üçün yazdığı təhlilə görə, Paşinyanın reytinqi düşsə də, daxili müxalifət zəifdir. Ona ən ciddi zərbə xaricdən gəlir. Bunlar ABŞ-dakı radikal erməni diasporu və Rusiya hakimiyyətidir.

Bu iki güc son həftələrdə açıq şəkildə koordinasiya olunmuş kampaniyaya başlayıb. Məsələn, ABŞ-da sağçı publisist Takker Karlson öz podkastına erməni-rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlunu dəvət edərək Paşinyanı “xristianlığa qarşı mübarizə” ittihamları ilə hədəfə alıb.

Ekspertə görə, Paşinyanın seçki kampaniyasının mərkəzində onun strateji konsepsiyası - “Həqiqi Ermənistan” layihəsi dayanacaq. Bu model Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını, sərhədlərin açılmasını, Rusiyadan iqtisadi və siyasi asılılığın azaldılmasını və Qərblə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

2025-ci ilin avqustunda Paşinyan ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycanla çərçivə sazişini paraflaya bilməklə bu xəttin ilk real uğurunu əldə etmişdi.

De Vaal xatırladır ki, Bakı ilə sənəd hələ imzalanmayıb. Azərbaycan konstitusiyanın dəyişdirilməsini Bunun üçün referendum lazımdır və bu, Paşinyan üçün sərt siyasi sınaq olacaq.

Tədqiqatlar göstərir ki, Ermənistan cəmiyyətində sülh sazişinə dəstək artmaqdadır: İRİ-nin yay sorğusuna görə, respondentlərin 47%-i sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Ekspert hesab edir ki, Ermənistanın “geopolitik zəncirlərdən” qurtulması üçün ikinci vacib addım Türkiyə ilə sərhədlərin açılmasıdır. Lakin Ankara hələlik ehtiyatla davranır və qərarını Azərbaycanla koordinasiya edir.

Üçüncü layihə Tramp Administrasiyasının təqdim etdiyi TRIPP marşrutudur (Trump Route for International Peace and Prosperity). Bu layihə  Ermənistan üçün iqtisadi sıçrayış hesab olunur. Lakin bu təşəbbüsün gələcəyi həm ABŞ-ın, həm də Ermənistanın texniki imkanlarından asılıdır.

De Vaal qeyd edir ki, Ermənistan böyük infrastruktur layihələrini planlaşdırmaq və icra etmək qabiliyyətinə malik deyil. Bu səbəbdən Vaşinqton Avropa İttifaqı ilə əməkdaşlığı zəruri hesab edir.

“Armeniyanın gələcəyi hələ də sual altındadır. Qərar seçicinin deyil, geosiyasətdən asılıdır", - Tomas de Vaal yazır:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri