Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza gözlənilən səfəri fonunda regionda yeni risklər və narahatlıqlar müzakirə olunmaqdadır.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan videoçıxışında danışıb.
Marukyan bildirib ki, Vensin səfəri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, mümkün ABŞ–İran qarşıdurması baş verərsə, Vaşinqton Ermənistan və Azərbaycanın mövqelərini öncədən dəqiqləşdirməyə çalışır.
Diplomatın fikrincə, Ermənistan bu səfər zamanı daha həyati məsələləri qabartmalıdır. O xatırladıb ki, Bakı uzun illər ABŞ-dən silah ala bilmirdi, lakin hazırda bu məhdudiyyətlər faktiki olaraq aradan qalxıb. Marukyan hesab edir ki, Ermənistan ABŞ-dan açıq təhlükəsizlik zəmanətləri tələb etməlidir ki, Azərbaycanın əldə etdiyi silahlar gələcəkdə Ermənistan əleyhinə istifadə olunmasın.
Marukyan eyni zamanda daha təhlükəli bir ssenariyə diqqət çəkib. Onun sözlərinə görə, Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunmasından sonra Bakının məhv olmuş qondarma rejim rəhbərlərinə ömürlük həbs hökmü çıxarması yeni mərhələnin başlanğıcı ola bilər.
Keçmiş səfir iddia edir ki, növbəti addım kimi Azərbaycan “kompensasiya” adı altında Ermənistandan ərazi tələbləri irəli sürə bilər və məhz bu risk hazırda İrəvanda ən ciddi narahatlıq doğuran məsələdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Fevral 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















