Erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı Yaralı var
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI
14 Sentyabr 2025 18:10
Erməni əsilli şəxs Xankəndidə terror cəhdi etdi Saxlanıldı
14 Sentyabr 2025 17:01
Xankəndidə erməni polisə atəş açdı: yaralılar var
14 Sentyabr 2025 18:06
Erməni əsilli şəxs Xankəndidə təxribata cəhd etdi 1 polis yaralandı
14 Sentyabr 2025 18:13
Xankəndidə təxribat törətmək istəyən erməni əsilli sakin saxlanılıb
14 Sentyabr 2025 18:08

