Erməni hərbi ekspert: “Azərbaycan Ordusu hücuma keçsə bir neçə sata İrəvana çatacaq”
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda tanınmış hərbi ekspertlərdən olan Van Hambardzumyan maraqlı açıqlamar verib.
Tribunainfo.az xəbər verir ki, o, “İrəvaunk” qəzetinə müsahibəsində Azərbaycanın hərbi imkanlarından bəhs edib.
Van Hambardzumyan deyib ki, 44 günlük müharibədən sonra Ermənistanla sərhəddə möhkəmlənən Azərbaycan Ordusu böyük üsütünlüklərə malikdir. O iddia edib ki, Azərbaycan Ermənistanın bütün ərazisində, eləcə də dövlət sərhədi boyunca radiokəşfiyyat işləri aparırı. “Sərhəddə quraşdırdığı qüllələrlə, həm radiokəşfiyyat işləri aparır, yəni öz silahlı qüvvələri arasında əlaqəni təmin edir, hərəkətləri izləyir, həm də erməni tərəfinin rabitəsini qeydə alır”.
Erməni hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun komandanlığı bütün məlumatların təhlilini aparmaqla yanaşı, Ermənistanda yerləşən bütün hərbi və strateji əhəmiyyətli yerlərin koordinatına da malikdir. “Bu gün Azərbaycan Ermənistanın bütün hərbi nöqtələrini vuracaq gücdədir. Onların əlində bütün koordinatlar var. Əgər onlar 44 günlük müharibə zamanı həyata keçirdikləri hərbi əməliyyata oxşar addımlar atarsa, Ermənistan bunun qarşısında aciz qalacaq”.
Hambarddzumyan onu da iddia edib ki, Azərbaycanın ilk hədəfi Basarkeçər və Ararat vilayəti olacaq. “Bu istiqamətdə Ermənistanın ciddi təhlükəsizlik problemləri var. Əgər həmin yöndən Azərbaycan hücuma keçərsə, onların İrəvana çatması bir neçə saat çəkə bilər”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















